şuşa rayonu üzrə 2021-ci il üçün kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı başa çatmışdır
2021-ci il şuşa rayonu üzrə kənd təsərrüfatı sahəsində xeyli uğurlu göstəricilər olmuşdur. şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikanın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.
şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün 01 yanvar 2021-ci il vəziyyətə 2322,6 hektar sahədə şumlama işi aparılmış, ondan 1239,8 hektarında buğda, 731,3 hektarında arpa, 71,5 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir.
Bundan başqa 2021-ci ilin məhsulu üçün rayon üzrə 226,3 hektar sahədə isə yazlıq əkin işləri aparılmışdır. Yazlıq əkindən 2,5 hektar sahədə yazlıq buğda, 124,8 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 87,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri, yəni yemiş, 9,5 hektar sahədə isə yazlıq yonca əkilmişdir.
Bundan başqa keçən ilin əkmələrindən 150,9 hektar sahədə yonca vardır.
Rayon üzrə il ərzində yeni salınmış bağlar 1,0 hektar və barverən yaşda olan bağ sahəsi isə 16,5 hektar olmaqla cəmi 17,5 hektar bağ sahəsi vardır.
Bu əkinlər cədvəl 1-də öz əksini tapmışdır.
əkin sahəsi Cədvəl 1
|
S/s |
Məhsulun adı |
Məhsul yığılmış əkin sahəsi (hektar) |
||
|
2021-ci il |
2020-ci il |
2021-ci ilin 2020-ci ilə nisbəti, %-lə |
||
|
1 |
Dənli bitkilər: |
1973,6 |
1910,8 |
103,3 |
|
|
O cümlədən |
|
|
|
|
1.1 |
buğda |
1242,3 |
1466,5 |
84,7 |
|
1.2 |
arpa |
731,3 |
444,3 |
164,6 |
|
2 |
Kartof |
2,0 |
5,0 |
40,0 |
|
3 |
Tərəvəz |
124,8 |
111,6 |
111,8 |
|
4 |
ərzaq üçün bostan bitkiləri (yemiş) |
87,5 |
0 |
Ð¥ |
|
5 |
Yem bitkiləri (Yonca) |
160,4 |
175,2 |
91,6 |
|
6 |
Yaşıl yem (xəsil) |
71,5 |
61,3 |
116,6 |
|
|
əkin sahəsinin cəmi |
2419,8 |
2263,9 |
106,9 |
2021-ci ildə əkin sahəsində məhsul yığımı aşağıdakı kimi olmuşdur:
2021-ci ildə 1242,3 hektar buğda sahəsindən 28898,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 7,9% azdır. Keçən il məhsuldarlıq 21,4 sentner/ha olduğu halda, bu il 23,3 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 1,9 sentner/ha çoxdur.
2021-ci ildə 731,3 hektar arpa sahəsindən 13883,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 147,9% çoxdur. Keçən il məhsuldarlıq 12,6 sentner/ha olduğu halda, bu il 19,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 6,4 sentner/ha çoxdur.
2021-ci ildə 2,0 hektar kartof sahəsindən 220,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 60,0% azalmışdır. Keçən il məhsuldarlıq 110,0 sentner/ha olduğu halda, bu il də 110,0 sentner/ha olmuşdur və məhsuldarlıq dəyişməmişdir.
2021-ci ildə 124,8 hektar tərəvəz sahəsindən 24776,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 108,2% artmışdır. Keçən il məhsuldarlıq 170,0 sentner/ha olduğu halda, bu il 198,5 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 28,5 sentner/ha çoxdur.
2021-ci ildə keçən ildən fərqli olaraq 87,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (yemiş) əkilmiş və həmin sahədən 6905,0 sentner məhsul əldə edilmişdir. Məhsuldarlıq 78,9 sentner/ha olmuşdur.
2021-ci ildə 160,4 hektar yonca sahəsindən 6760,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 20,7% çoxdur. Keçən il məhsuldarlıq 32,0 sentner/ha olduğu halda, bu il 42,1 sentner/ha olmuşdur, bu da keçən ilə nisbətən 10,1 sentner/ha çoxdur.
2021-ci ildə 17,5 hektar meyvə bağı olmuşdur ki, bundan da 16,5 hektarı barverən yaşda olmuşdur. Bu meyvə bağlarından da 99,0 sentner məhsul əldə edilmişdir. Keçən il məhsuldarlıq 6,8 sentner/ha olduğu halda, bu il 6,0 sentner/ha olmuşdur.
Məhsul yığımı cədvəl 2-də öz əksini tapmışdır.
Məhsul yığımının əsas göstəriciləri Cədvəl 2
|
S/s |
Məhsulun adı |
Məhsul yığımı (ton) |
||
|
2021-ci il |
2020-ci il |
2021-ci ilin 2020-ci ilə nisbəti, %-lə |
||
|
1 |
Dənli bitkilər: |
4278,1 |
3698,0 |
115,7 |
|
|
O cümlədən |
|
|
|
|
1.1 |
buğda |
2889,8 |
3138,0 |
92,1 |
|
1.2 |
arpa |
1388,3 |
560,0 |
247,9 |
|
2 |
Kartof |
22,0 |
55,0 |
40,0 |
|
3 |
Tərəvəz |
2477,6 |
1190,0 |
208,2 |
|
4 |
ərzaq üçün bostan bitkiləri (yemiş) |
690,5 |
0 |
Ð¥ |
|
5 |
Yem bitkiləri (Yonca) |
676,0 |
560,0 |
120,7 |
Məhsuldarlığın əsas göstəriciləri Cədvəl 3
|
S/s |
Məhsulun adı |
Məhsuldarlıq (Sentner/hektar) |
||
|
2021-ci il |
2020-ci il |
2021-ci ilin 2020-ci ilə nisbəti, %-lə |
||
|
1 |
Buğda |
23,3 |
21,4 |
108,9 |
|
2 |
Arpa |
19,0 |
12,6 |
150,8 |
|
3 |
Kartof |
110,0 |
110,0 |
100,0 |
|
4 |
Tərəvəz |
198,5 |
170,0 |
116,8 |
|
5 |
ərzaq üçün bostan bitkiləri (yemiş) |
78,9 |
0,0 |
X |
|
6 |
Yem bitkiləri (Yonca) |
42,1 |
32,0 |
131,6 |
Anar Xəlilov
şuşa Rayon Statistika idarəsinin rəisi