sorğu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “şuşa ili”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni irsin Öyrənilməsinə Kömək ictimai Birliyi "şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi çərçivəsində layihənin ekspertləri - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, tarix üzrə fəlsəfə doktoru Həbibə əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli və şəhla Xəlillini fəaliyyət planına uyğun olaraq şuşa şəhərinə ezam edib. Səfərin məqsədi şuşa şəhərində tarixi binaların üzərindəki kitabələrin estampını çıxarmaq, onları kataloqlaşdırmaq və oxunmasını təmin etməkdir.