Belediyye.infoya Xəzər Rayon şüvəlan bələdiyyəsinin hesabatı daxil olub. Hesabatı olduğu kimi təqdim edirik.
***
şüvəlan Bələdiyyəsinin 2016-ci il üçün gördüyü işlər haqqında
M ə L U M A T
şüvəlan Bələdiyyəsi hesabat dövründə yəni 2016-cı il üçün aşağıdakı işləri görmüşdür: Hesabat dövründə Bələdiyyənin
GəLiRLəRi:
Torpaq vergisi - 21713-00
əmlak vergisi - 66831-00
Torpaqların icarə haqqı - 198-00
Dotasiya - 3100-00
____________________________________________________
CəMi: 91842-00
XəRCLəR:
əmək haqqı - 38391-00
ə/H (köçürmələr) - 16422-00
AQBMA - 2400-00
əmlak i/h - 369-00
Rabitə haq. - 590-00
Elek.ener.haq. - 314-00
Abadliq iş-ri - 950-00
Bank(x/h) - 756-00
Audit haq. - 1500-00
Abunə - 481-00
Dəftərxana ləv. - 451-00
Təsər.xərc. - 396-00
Səhv daxil olmuş t/v - 908-00
əDV - 163-00
əhaliyə yardım - 624-00
Bayram tədbirləri - 1565-00
icarə haqqı(sürücü) - 200-00
Sığorta haqqı - 90 -00
___________________________________________
CəMi: 66570-00 AZN
20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar 156 saylı orta məktəbdə divar qəzetlərinin müsabiqəsi keçirilib, şəhidlər xiyabanını ziyarət ediblər. 19.01.2016-cı il tarixində 1-ci dərslər 20 yanvar faciəsinə həsr olunub, şəhidlər 1 dəqiqəlik sükutla yad edilib, şəhid Fuad Fərhad oğlunun məzarı ziyarət edilmişdir.
230 saylı tam orta məktəbdə 15-19 yanvarda məktəbin radiosunda 20 yanvarla bağlı xususi verlişlər səsləndirilib, ümumi məktəb tədbirləri keçirilib, “şəhidlər” mövzusunda bədii-qiraət müsabiqəsi təşkil olunmuşdur.
237 saylı tam orta məktəbdə 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda məktəblilər arasında idman və Gənclər idarəsi tərəfindən inşa-yazı, rəsm müsabiqələri keçirilmişdir. Bu müsabiqədə VIa sinif şagirdı əliyev Rəhman öz əl işi ilə fərqlənmış və Gənclər idarəsi tərəfindən mükafatlandırılmışdır. Bundan başqa məktəbdə “20 yanvar xalqımızın qəhramanlıq salnaməsidir” mövzusunda sinif divar qəzetləri buraxılmışdır və 20 yanvar faciəsini əks etdirən fotostend hazırlanmışdır.
25.01.2016-cı il tarixində Bələdiyyənin 2015-ci il ərzində gördüyü işlər haqqında qəsəbə sakinlərinin qarşısında hesabat yığıncağı olmuşdur, görülən işlər qənaət bəxş hesab edilmişdir. Bələdiyyə tərəfindən bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirib: 20 Yanvar Umumxalq hüzn günü, Beynəlxalq Qadınlar günü, “Novruz” bayramı.
Qəsəbədə mart ayında abadlıq, təmizlik işləri və ağacəkmə kampaniyasını aparılmış, müxtəlif növlü 900-ə yaxın ağaclar əkilmişdir.
Qəsəbədə iməcliklər təşkil edilmiş, “şüvəlan” parkda təmizlik, abadlıq, işləri aparılmış, 15.03.2016-cı il tarixində qəsəbədə “Novruz” bayramı keçirilmişdir.
Bələdiyyə tərəfindən qəsəbənin sanitariya vəziyətinə gündəlik nəzarət edilmişdir.
Qəsəbənin ə.H.Qarayev, i.Muradov, H.Məmmədov, R.Axundov, Abşeron, Nizami, S.Vurğun, 8 Mart küçələrində təmizlik işləri aparılmışdır. Hər həftə qəsəbədə təmizlik, abadlıq işi aparılmışdır.
H.əliyev küçəsində abadlıq təmizlik işləri aparılmışdır. Qəsəbədə yerləşən məktəblərin həyətində və ətrafında yaşıllıqların salınmasında yaxından köməklik edilmişdir.
Qəsəbəmiz üzrə təyin olunmuş 44 fəhlə, istirahət günündən başqa maşınlar vasitəsilə qəsəbənin müxtəlif küçələrinə aparılıb və görüləcək işlər onlara verilmişdir.
Xəzər RiH-i tərəfindən qəsəbənin müxtəlif yerlərində aşkarlanmış məişət tullantıları tərəfimizdən təmizlənmışdır.
şüvəlan Bələdiyyəsi tərəfindən qeyri-qanuni torpaqların zəbt olunmasına, qanunsuz tikintilərin aparılçasına ciddi nəzarət olunmuşdur.
şüvəlan çimərliyinə naməlum şəxslər tərəfindən gediş-gəliş üçün maneçilik törədərək, yola 20 maşın qum tökülmüş və yol bağlanmışdır. Bələdiyyə tərəfindən kon və traktordan istifadə edib, bağlanmış yolu əvvəlki vəziyyətinə qaytarılmışdır.
2000-2015-ci ilə kimi 07.06.2016-cı il tarixində icraçı arxiv və digər sənədlərin tikilib, cildlənməsi işlərini icra edən Rza Qələndər oğlu Məmmədovla müqavilə bağlanmış Bələdiyyənin bütün arxiv sənədləri tikilmişdir.
H.əliyev küçəsindəki ağacların dibləri alaq otlardan təmizlənib, həftədə 2 dəfə suvarma işləri aparılmışdır, köhnə qurumuş ağaclar çıxarılıb, yenisi ilə əvəz olunmuşdur.
şəhərsalma və Tikinti Məcələsinin tələblərinə uyğun olaraq torpaq sahələrini qanunsuz tutaraq şəhərsalma və tikinti normalarına riayət etmədən, o cümlədən mühəndis kommunikasiya xətlərinin mühafizə zonalarında və sahil zolağında tikintini pozaraq özbaşına aparılan tikintiyə bələdiyyə tərəfindən ciddi nəzarət olunmuşdur.
26.09.2016-cı il tarixində keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının umumxalq səsverməsi, “Referendum”, qəsəbəmizdə olan 10 məntəqə üzrə seçki açıq, sərbəst, şəffaf heç bir neqativ hal olmadan keçirilmişdir.
2016-cı ilin oktyabrın 31-dən noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 4 görüş keçirilmişdir. Görüşdə iştirak edən vətəndaşların sayı 670 nəfər olmuşdur, müxtəlif məsələlər müzakirə olunmuşdur.
24.12.2016-cı il tarixində Azərbaycan Pespublikası Rus icmasının rəhbərliyinin və üzvlərinin iştirakı ilə “Yeni il” şənliyinin keçirilməsi üçün yüz manat məbləğində köməklik edilmişdir.
Qəsəbənin sakini Balayarov Balayar Səlim oğlunun evinin yanması ilə əlaqədar ona 500 (beş yüz) manat məbləğində köməklik olunmuşdur.
əlillər günü münasibətilə vətən uğrunda sağlamlığını itirən 2 əlillə müxtəlif növ ərzaq yardımı ilə köməklik edilmişdir.
Yaşıllaşdırma işlərinin aparılması ilə əlaqədar şam ağacları alınmışdır.
2017-ci ilin gəlişi ilə əlaqədar A.ildırım küçəsində “Yeni il” yolkası qurulmuşdur, yolka işıqlar ilə bəzədilmiş və yanında şaxta baba, qar qızın olmasını da təşkil edilmişdir.
Hesabat dövründə bələdiyyənin kargüzarlıq işi aşağıdakı vəziyyətdə olub:
Daxil olan qərar və sərəncamların sayı- 13 olub.
9 əmr verilib.
il ərzində 5 ərizə daxil olub.
64 sənəd müxtəlif idarə və müəssisələrə göndərilib.
Daxil olan sənədlərin sayı-63 olub.
14 iclas keçirilib.
46 arayış müxtəlif idarə və müəssisələrə verilib.
il ərzində Bələdiyyə sədrinin şıfahi qəbulunda – 17 nəfər olub.
Daxil olan sənədlərə operativ surətdə, vaxtında baxılıb, müvafiq cavablar verilmişdir.
Vətəndaş müraciətlərinə baxılması işinə nəzarət daha da gücləndirilmişdir, onların təkliflərinə, ərizə və şikayətlərinə qanunla müəyyən edilmiş qaydada baxılır və ciddi nəzarət olunmuşdur.
2017-ci ildə də şüvəlan Bələdiyəsi qəsəbədə abadlıq, yaşıllaşdırma, təmizlik işlərini davam etdirəcəkdir.
i.G.iSLAMOV
XəZəR RAYON şÜVəLAN BəLəDiYYəSiNiN SəDRi