"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şüvəlan bələdiyyəsi HESABAT verir

--2021-02-12 / 14:13

şüvəlan bələdiyyəsi 2020-ci il ərzində aşağıdakı işləri görmüşdür :

20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar 156 saylı tam orta məktəbdə “Qəm çiçəkləri” şer müsabiqəsi, akt zalında “ O gecə”, “Qara Yanvar”, ”şəhidlər daima qəlbimizdə yaşayır” və sairə tədbirlər keçirilmişdir.

237 saylı tam orta məktəbdə ilk dərs saatları 20 Yanvar hadisələrinə həsr olunmuş “şəhidlərin qanı yerdə qalmayacaq” ədəbi bədii gecə keçirilmişdir.

230 saylı tam orta məktəbdə “20 Yanvar faciəsi uşaqların gözü ilə” rəsm sərgisi, sənədli film, 20 yanvar hadisələri ilə bağlı xüsusi dərs, divar qəzetləri, foto-stendlər təşkil edilmiş, ”şəhidlər Xiyabanı” ziyarət edilmişdir.

28.01.2020-ci il tarixində şüvəlan bələdiyyəsinin 2019-cu il ərzində gördüyü işlər haqqında qəsəbə sakinləri qarşısında hesabatı olmuşdur. Xəzər RiHB-nın rəhbərliyi ilə Mərdəkan qəsəbəsində 1941-1945- ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınan parka   6 maşın qum ilə köməklik edilmişdir.

Qəsəbənin H.əliyev küçəsində poçtun qabağına, Xəzər marketin ətrafı,Vidadi küçəsinin başlanğıcına və Nizami küçəsinə cari asfalt salınmışdır.

Qəsəbə sakini ələkbərova Sevinc şüvəlan bələdiyyəsinə müraciət edərək aztəminatlı ailə olduğunu, Azərişığa 85 manat borcu olduğundan onun işığının kəsildiyini bildirmişdir, tez bir zamanda bələdiyyə tərəfindən onun bu məsələsi öz həllini tapmışdır. Rəfiyeva Qıztamam şəfi qızına, Quliyeva Nəzakət əlibaba qızına, Abdinova Samirə Varağa qızına müxtəlif növ ərzaqlarla yardım edilmişdir. II Qarabağ mübaribəsində iştirak edənlərin ailələrinə əliyeva şəfiqə Bəylər qızı, Səfərova Gülbahar şaiq qızı və Müslümova Mahrux Qnyaz qızına bələdiyyə tərəfindən müxtəlif növ ərzaqlarla yardım edilmişdir. şəhid Hacıyev Kamran Fizuli oğlu və Eyniyev Tərlan Golşad oğlunun qəbirüstü başdaşıları hazırlanmışdır. şəhid Məmmədov Səxavət Adıgözəl, Hacıyev Kamran Fizuli oğlunun 40 gün mərasiminin keçirilməsi ilə əlaqədar lazım olan bütün ərzaqlarla ailələrinə köməklik etmişik. şəhid Hacıyev Kamran Fizuli oğlunun ev şəraiti çox pis vəziyyətdə olduğu üçün qəsəbənin imkanlı şəxslərinin köməkliyi nəticəsində evini təmir etmişik.

H.əliyev küçəsində yerləşən poçtun binasının divarında sökülən yerlər tərəfimizdən suvaqlanıb,poçtun ətrafındakı dəmir dirəklər rənglənib,ətrafında təmizlik işləri aparılmışdır. H. əliyev küçəsində şam və küknar ağaclarının alt hissəsi alaq otlardan təmizlənmişdir.

Novruz bayramı münasibəti ilə 4 şəhid ailəsinə müxtəlif növ ərzaq ilə yardım edilmişdir. Qəsəbənin M.ə.Sabir küçəsində təmizlik işləri aparılmışdır. Novruz bayramı münasibəti ilə qəsəbənin A.ildırım küçəsindəki divarların sağ və sol hissələrində ağartma işləri aparılmışdır.

Mayak bağ massivindəki küçəyə cari asfalt salınmışdır.

05.08.2020-ci il tarixindən etibarən çimərliklərdə əhalinin səmərəli və təhlükəsiz istirahətinin təşkili məqsədilə çimərlik zolağının ətrafında bələdiyyə tərəfindən təmizlik işləri aparılmışdır. A.ildırım küçəsindəki 237 saylı tam orta məktəbin qabağındakı bulaq tərəfimizdən təmir edilmiş və 60.0kv.m-ə yaxın əraziyə qazon örtüyü salınmışdır.

Koronavirus infeksiyası ilə əlaqədar qəsəbə ərazisində təmizlik işləri   aparılmış və qəsəbənin bütün küçələrində dezinfeksiya işləri mütəmadi olaraq görülmüşdür.Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması  ilə əlaqədar bələdiyyə tərəfindən qəsəbə ərazisində təbliğat-izahat işləri daha da gücləndirilmiş və tərəfimizdən ciddi nəzarət olunmuşdur. Pandemiya dövründə qəsəbə ərazisində reydlər keçirilmiş, gigiyena qaydalarına əməl olunmasına, maskaların taxılmasına ciddi nəzarət olunmuşdur. Xəzr Rayon icra Hakimiyyəti başçısının 12.09.2020-ci il tarixli 208 sayı sərəncamını əldə rəhbər tutaraq bələdiyyə tərəfindən gücləndirilmiş iş rejimi ilə əlaqədar hər gün növbətçilik təşkil edilmiş, qəsəbə ərazisində baş verə biləcək hadisə barədə hər hansı məlumat əldə etdikdə dərhal Rayon icra Hakimiyyətində yaradımış Operativ Qərargaha məlumat verilməsi ciddi nəzarətə götürülmüşdür.

   H.əliyev fondunun nəzdində Regional inkişaf ictimai birliyi tərəfindən Xəzər RiHB-nın rəhbərliyi altında koronavirus infeksiyası ilə əlaqədar 1828 aztəminatlı və yaşı 65-dən yuxarı tənha ,imkansız ailələrə yardım paylanmışdır.

il ərazisində bələdiyyənin kargüzarlıq vəziyyəti aşağıdakı vəziyyətdə olmuşdur.

  1. Müxtəlif idarə və təşkilatlarda göndərilən sənədlərin sayı 84 olub.
  2. Daxil olan sənədlərin sayı 62 olub .
  3. Daxil olan ərizələrin sayı 4 olub.
  4. Daxil olan qərar və sərəncamların sayı 8 olub .
  5. 16 əmr verilib.

6. 16 iclas keçirilib.

7. 14 nəfər bələdiyyə sədrinin şifahi qəbulunda olub.

8. Müxtəlif yerlərə təqdim etmək üçün 125 nəfərə arayış verilmişdir.

Bələdiyyəyə daxil olan bütün sənədlərə,ərizə və şikayətlərə qanuna uyğun olaraq vaxtında baxılmış və cavablandırılmışdır, gecikdirmə hallarına yol verilməmişdir.

Bələdiyyə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən büdcənin gəlirləri 2020-ci il ərzində 77522.40 manat təşkil etmişdir.

O cümlədən

   01.01.2020-ci ilə qalıq – 1753.19

     - torpaq vergisi – 12516.25

     - əmlak vergisi – 57252.96

     - dotasiya – 6000

     2020-ci ilin 12 ayı ərzində xərclər isə 73104.05 manat təşkil etmişdir.

O cümlədən:

 

-   Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 44456,08 manat;

-   Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar – 12088,64 manat;

-       Kommunal xidmətinin ödənilməsinə - 611,15 manat;

-       Maddi yardımlara 4718 manat;

-       Abadlıq təmizlik işlərinə - 2360 manat;

-       Texniki avadanlığın alınması (Noutbuk,prossesor və s.) –1228 manat;

-       inventar avandanlığın alınmasına – 160 manat.

-       Rabitə xərcləri –507.60 manat;

-       Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –1800 manat;

-       Bank xidməti haqqı – 514,07 manat;

-       Audit xidməti –1500 manat;

-       Bələdiyyə işçilərinin əmək haqlarından həmkarlara tutulma – 939.29 manat;

-       Bələdiyyə işçilərinin əmək haqlarından “Silahlı Qüvvələr Yardım Fonduna” tutulma – 504.79 manat;

-       Kompüter, periferiya avadanlıqlarının təmiri və onlara texniki qulluq üzrə xidmətlər – 270 manat;

-       DSMF borc – 688,33 manat;

-       Plastik kartlar üçün ödəniş – 102 manat;

-       Bələdiyyə info – 100 manat;

-       “Hüquq Media” MMC – 120 manat;

-       “Səma Mətbuat Yayımı” MMC (qəzetlərə abunə yazılışı) - 52,80 manat;

-       Mədəni tədbirlərin keçirilməsi ilə əlaqədar 5 ədəd biletin alınması – 100 manat;

-       “Qala Həyat” sığorta – 83,30 manat;

-       AR əMDK icarə haqqı –200 manat;

 

 

Süleymanov.T.B

Xəzər rayonu şüvəlan bələdiyyəsinin sədri                          

ŞƏRHLƏR