“Bu gün Xəzər rayonu şüvəlan bələdiyyəsinin kollektivində şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür”- bu fikirləri Belediyye.infoya şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.
Bir qrup qazı ilə keçirilən növbəti görüşdə qazilərin səhhəti və qayğıları ilə maraqlanılıb, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanıldıqları qeyd edilib.
Sədr görüşdə Prezident, Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Telman Süleymanov şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.
Qazilər dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya minnətdarlığını bildiriblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|