"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şüvəlan bələdiyyəsinin 2021-ci ilin 6 ayı ərzində gördüyü işlər haqqında məlumat

--2021-07-12 / 10:52

şüvəlan bələdiyyəsi 2021-ci ilin 6 ayı üçün aşağıdakı işləri görülmüşdür :

şüvəlan bələdiyyəsi rüb ərzində mütəmadi olaraq qəsəbə ərazisində təmizlik və abadlıq işləri aparmışdır. Koronavirus( Covid-19) infeksiyasının qarşısının alınması məqsədilə bələdiyyə tərəfindən əhali arasında geniş maarifləndirmə işləri təşkil edilmiş, hər bir vətəndaşa tərəfimizdən randevu.its.gov.az internet saytı vasitəsilə randevu alınması təmin edilmişdir. 31 və 26 â„–-li BşX-ları ilə mütəmadi sıx əlaqə saxlanılmış.

Novruz bayramı münasibəti ilə şəhid ailələrinə, qazilərə,aztəminatlı ailələrə Xəzər RiHB-nın rəhbərliyi ilə “Novruz” bayramı münasibətilə bayram sovqatı paylanılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyini Dövlət Ekologiya Ekspertiza Agentliyi tərəfindən daxil olmuş məktuba əsasən A.ildırım küçəsi Gənclər evinin yaxınlığında və şüvəlan Park ərazisindəki köküstü tam qurumuş ağaclara dair “Yaşıllıqların götürülməsi Qaydasına” əsasən Bakı şəhər icra Hakimiyyətinin Yaşıllaşdırma Təsərüfat Birliyinə müraciət edilmişdir. 

Qəsəbə ərazisində qeydiyyatsız yaşayan aztəminatlı ailə Məmmədova Turanə, Babayev Vüqar Sücəddin oğluna, Babayeva Həqiqət Heybət qızına, Muradova Səbinə Yaşar qızına müxtəlif növ ərzaqlarla yardım olunmuşdur.

Qəsəbənin şimal DRES yaşayış ərazisində L.Starçuk küçəsindəki dairə tərəfimizdən bünövrədən başlayaraq tam abadlaşdırılmış, 3 rəngli bayrağımız dalğalanmış , bəzək kolları, gül-çiçəklər əkilmişdir.

26 iyun 2021-ci il tarixində şüvəlan qəsəbəsində müharibə zamanı şəhidlik zirvəsinə yüksələn qəsəbə sakinləri Vəliyev Müslüm Vəliağa oğlu, Eyniyev Tərlan Gölişad oğlu, Hacıyev Kamran Füzuli oğlu və Məmmədov Səxavət Adıgözəl oğlunun  xatirəsinə inşa edilmiş şəhidlər bulağının açılışı olub.

Açılış mərasimində Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq əhmədov, şəhidlərin doğmaları, bir qrup qazilər, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.

2021-ci ilin 6 ayı ərazində bələdiyyənin kargüzarlıq vəziyyəti aşağıdakı vəziyyətdə olmuşdur.

  1. Müxtəlif idarə və təşkilatlara göndərilən sənədlərin sayı 52 olub.
  2. Daxil olan sənədlərin sayı 55 olub .
  3. Daxil olan ərizələrin sayı 10 olub.

4. 7 iclas keçirilib.

5. Müxtəlif yerlərə təqdim etmək üçün 70 nəfərə arayış verilmişdir.

Maliyyə işinin təşkili aşağıdakı vəziyyətdə olub:

       Gəlirlər: 44960.00

       əmlak vergisi:36663.28

       torpaq vergisi: 8296.2

       2021-ci ilin 6 ayı ərzində xərclər isə 34473.28 manat təşkil etmişdir.

O cümlədən:

 -   Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 20562.24 manat;

-   Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar – 5976.88 manat;

-   DSMF borc – 52.81 manat;

-       Kommunal xidmətinin ödənilməsinə - 316.44 manat;

-       Abadlıq təmizlik işlərinə - 4670 manat;

-       Rabitə xərcləri –202 manat;

-       Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –900 manat;

-       Bank xidməti haqqı – 165.50 manat;

-       Bələdiyyə işçilərinin əmək haqlarından həmkarlara tutulma – 459.74 manat;

- Bələdiyyə işçilərinin əmək haqlarından “Silahlı Qüvvələr Yardım Fonduna” tutulma – 229.97 manat;

- Kompüter, periferiya avadanlıqlarının təmiri və onlara texniki qulluq üzrə xidmətlər – 25 manat;

-  Plastik kartlar üçün ödəniş – 72 manat;

-   Uşaq fondu himayəçilik şurası – 200 manat;

-     “Səma Mətbuat Yayımı” MMC (qəzetlərə abunə yazılışı) - 50 manat;

-   Nəzəriyyə və təcrübə jurnalı - 38 manat;

-   AR əMDK icarə haqqı –183.70 manat;

 T. Süleymanov

Xəzər rayonu şüvəlan bələdiyyəsinin sədri                             

 

ŞƏRHLƏR