şüvəlan Bələdiyyəsi 2015-ci ilin 6 ayı ərzində aşağıdakı işləri görmüşdür:
- 20 yanvar faicəsinin ildönümü ilə əlaqədar 230 saylı məktəbdə, məktəbin müəllim, şagird kollektivləri şəhid Fuad Fərhad oğlunun qəbrini ziyarət ediblər, “20 yanvar Milli qürur günümüzdür” video çarx səsləndirilib, məktəbin foyesində məktəb direktorunun 20 yanvar hadisələrinə həsr edilmiş çıxışı olub, bu çıxış radio vasitəsilə bütün şagirdlər eşitməklə azərbaycan, rus, ingilis dillərində səsləndirilib. şəhid Fuad Fərhad oğlunun valideyinlərinin xahişini nəzərə alaraq tərəfimizdən şəhidin büstü rənglənmiş, qəbrin ətrafında abadlaşdırılmışdır.
- 237 saylı məktəbdə”şəhidlərimiz heç vaxt unudulmayacaq” devizi altında əbədi-bədii kompozisiya keçirilmişdir.
- 156 saylı məktəbdə ilk dərs saatı “Açıq dərs” elan edilmiş, 20 yanvar hadisələrindən danışılmış, siniflərdə bir dəqiqə sükut elan olunmuşdur.
- Abşeron Reğional Elektrik şəbəkəsi MMC-nin müraciətinə əsasən 110 kv-luq, 4,5-ci şimal hava xəttinin mühafuzə zonasındakı ərazi inşa edilən qanunsuz tikinti dayandırılmış və bu tikintilərin aparılmamasına ciddi nəzarət olunmuşdur.
- H.Məmmədov küçəsindəki “Üfüq” düşərgəsinin hasarı uzun illərdir ki, əhalinin və avtomabillərin gediş-gəlişi üçün çətinliklər yaradırdı. Buna baxmayaraq həmin ərazidə uzunluğu 125 metr olan köhnə hasar sökülüb arxa tərəfə çəkilməklə, eni 3,50 və bəzi yerlərdə 7,50 metr hündürlüyü, eni 3,20 metr olmaqla təzə hasar hörülmüş, malalanmış və asfalt çəkilmişdir.
- Qəsəbədə mütəmadi olaraq hər gün təmizlik işləri aparılmışdır. Çinar düşərgəsinin ətrafı ə.H.Qarayev, i.Muradov, M.B.Qasımov, R.Axundov, S.Vurğun, H.Məmmədov küçələrindən məişət tullantıları mütəmadi olaraq təmizlənmişdir.
- Qəsəbənin H.Məmmədov küçəsində abadlıq, təmizlik, yenidənqurma işləri aparılmışdır.
- “Ana” abidəsinin ətrafında təmizlik, abadlıq işləri aparılmışdır.
- Qəsəbənin Heydər əliyev küçəsində qurumuş, sınmış şam ağacları çıxarılmış, əvəzində 100-ə yaxın təzə şam ağacları əkilmişdir. 3 gün bu küçədə böyük təmizlik işləri aparılmışdır.
- şüvəlan parkda 92 ədəd şam ağacları əkilmış və mütəmadi olaraq təzə əkilmiş ağaclar sulanmışdır.
- A.ildırım küçəsində abadlıq, təmizlik, yenidənqurma işləri artıq sona çatıb,belə ki, ağacların aşağı hissələri ağardılmış, dibləri bellənmiş və SHXÇDX-nın qabağında 14 ədəd bəzək ağacları əkilmışdir.
- Xəzər RiHB-nın 05.02.2015-ci il tarixli, 56 saylı sərəncamına əsasən şüvəlan qəsəbəsinin ərazisində dövlət,bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarından təyinatı üzrə istifadə edilməsinə nəzarət həyata keçirtmək məqsədilə monitorinq aparılmışdır. Monitorinqin aparılmasından ötrü 9 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.
- “Novruz ” bayramı münasibətilə qəsəbədə Bələdiyyə tərəfindən şüvəlan parkda abadlıq, təmizlik işləri aparılmışdır.
- “Novruz” bayramı münasibətilə qəsəbə ərazisində yaşayan gözdən əlil olan 5 ailəyə müxtəlif növ ərzaqlarla yardım edilmışdır. Xəzər RiH-dən “Novruz” Bayramı münasibətilə 250 ailəyə verilmiş yardımı qəsəbənin aztəminatlı, şəhid,əlil, imkansız, Qarabağ əlilərinə paylanılmışdır.
- şüvəlan parkda “Novruz” bayramı ilə əlaqədar 21.03.2015-ci il tarixində bayram keçirilmiş, çay süfrəsi təşkil olunmuş, kosa, keçəl, musiqiçilər dəvət olunmuş, qəsəbə sakinləri, ağsaqqallar, internat uşaqları bu bayramda iştirak ediblər.
- Ulu öndər H.əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən “Gül bayramında” qəsəbə sakinləri öz əl işlərini nümayiş etdirmişlər.
- Bələdiyyə tərəfindən qanunsuz tikintilərin aparılmasına, qanunsuz torpaqların zəbt olunmasına ciddi nəzarət olunmuşdur.
- H.əliyev küçəsindən Qala yoluna doğru küçənin təmizliyinə diqqət artırlımışdır. Qala yoluna tərəf əkilmiş “Çinar” ağacları mütəmadi olaraq sulanmışdır.
- ə.H.Qarayev, Mayak yolu, Nizami, A.Sultanov, Füzuli, S.Vurğun küçələrindəki məişət tullantıları təmizlənmışdir. Yay müvsümünun başlanmsı ilə əlaqədar əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Xəzər PiHB-nın rəhbərliyi ilə dəniz kənarında təmizlik işləri aparılmış, 28 maşın təkərlər təmizlənmışdır.
- “Qazelli Qrup” şirkətinə və A.ildırım küçəsindəki ticarət obyektinin sahibinə alkopanla üzlənmiş binalarda fövqalada halların baş verməməsi (yanğınların) üçün məktubla müraciət etmişik, tədbir görülməsini onlara ciddi tapşırmışıq.
- Yay mövsümü ilə əlaqədar olaraq açıq sahələrdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə qəsəbə ərazisində quru ot sahələri tərəfimizdən təmizlənmışdır və bu işə ciddi nəzarət olunur.
- Qəsəbənin müxtəlif küçələrinə 1700,0 kv.m asfalt salınmış, 340 ədəd ağac əkilmişdir.
- Iyun ayında i.Muradov, H.əliyev, Nizami, S.Vurğun küçələrindən qurumuş alaq otları Bələdiyyə tərəfindən təmizlənmişdir.
- 6 ay ərzində bələdiyyənin kargüzarlıq işi aşağıdakı vəziyyətdə olub:
8- əmr verilib.
7-iclas keçirilib.
12- sərəncam və qərar daxil olub.
50-sənəd müxtəlif yerlərə göndərilib.
40 -sənəd daxil olub.
2-ərizə daxil olmayıb.
13-nəfər qəsəbə nümayəndəliyinin şifahı qəbulunda olub.
28-nəfərə müxtəlif yerlərə təqdim etmək üçün arayışlar verilib.
Daxil olan sənədlərə vaxtında baxılmış, gecikdirmə hallarına yol verilməmişdir.
i.G.iSLAMOV
şüvəlan bələdiyyəsinin sədri