sorğu
Tanınmış pedaqoq, Bakıda 132 saylı məktəbin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.
Məlumata görə, o, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Aliyə Təhmasib 1985-1989-cu illərdə SSRi və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub. Bundan başqa o, vaxtilə Qadınlar şurasının sədr müavini kimi fəaliyyət göstərib. 2010-cu ildə direktoru olduğu məktəbdən fəxri təqaüdə yola salınıb.
əlavə edək ki, Ailyə Təhmasib uzun illər Səbail bələdiyyəsinin üzvü olub.
*****
Səbail bələdiyyəsinin kollektivi mərhumun əzizlərinə, yaxınlarına, Təhmasib ailəsinə bu acı xəbərdən kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.
ALLAH RəHMəT ELəSiN!!!
http://belediyye.info/new/details/--3018.htm