Suyun tarif dərəcəsi artırıldı. Bu artım vətənlaşlara sudan istifadə edən hər bir fiziki və hüquqi şəxsə nə kimi təsiri oal bilər?
Belediyye.infonun sualını ilk olaraq iqtisadçi ekspert Nazim Bəydəmirli cavablandırır:
- Təbii inhisarçı olaraq Azərsu AC-nin tariflərini artırması onun istehsalçılarına da və istehlakçılarına da qiymətin artması necə təsir edirsə elə də təsir edəcək.
Vətəndaşların xərclərini artıracaq, müəssisələrin istehsal etdikləri malların maya dəyərini artıracaq. Qiymət artımı həmişə ancaq qiymət artıran tərəfə sərf edir, digər tərəflər ancaq ziyan çəkir.
Azərsu AC-nin son illər ərzində büdcədən aldığı subsidiyaları, investisiya layihələrinə sərf olunan içtimai vəsaitləri, həmçinin istehlakçılardan toplanan xidmət haqqlarının astronomik olmasına baxmayaraq göstərdikləri xidmət hələ də əhalini qane etmir, Bakının və regionların içməli su təminatı tam yerinə yetirilmir, ona görə də bizim heç şübhəmiz yoxdur ki, bu qiymət artımı keyfiyyət dəyişikliyinə deyil izafi idarəetmə xərclərini qarşılamaq üçün həyata keçirilib.
iri vergi ödəyiciləri hesab olunan ancaq büdcə qarşısında xroniki borclu qalan, 100 milyon-milyardlarla büdcə investisiya məsələlərini müxtəlif tenderlərdə səmərəsiz istifadə edən bu tipli qurumların menecerləri üzərində içtimai nəzarətin həyata keçirilməsi üçün müşahidə şuraları yaradılmalı, Baş menecerin təkbaşına qərar verməsinə son qoyulmalıdır. Qiymətlərin ədalətli və optimal olması üçün kommunal xidmət göstərən təbii inhisarçıların təklif etdikləri tariflərin maya dəyərinə nə qədər uyğun olub-olmaması müstəqil audit şirkətləri tərəfindən cəmiyyətə açıqlanmalıdır. Xərclər və gəlirlər içtimai nəzarətdə saxlanılmayana qədər belə əsassız qiymət artımı ilə hər zaman qarşılaşmaq ehtimalımız var.
iqisadçı ekspert Samir əliyev:
-əhali üçün içməli su tarifləri artsa da sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə tarif azaldılıb. əvvəllər suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün sudan xammal kimi istifadə edən istehlakçı qrupu 12 manat ödəyirdisə, mayın 16-dan sonra ödəyəcəyi məbləğ 33% azalaraq 8 manata (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) endirilib. içməli su daha çox sərinləşdirici içkilər istehsal edən şirkətlərin məhsullarında xüsusi çəkiyə malik olur. istehsal olunan sərinləşdirici içkilərin çeşidlərindən asılı olaraq içməli suya çəkilən xərcin maya dəyərində payı 10-15%-ə qədər dəyişə bilir. Burda söhbət daha çox paytaxtda yerləşən və mərkəzləşdirilmiş su xəttinə çıxışı olan şirkətlərin məhsullarından gedir. Rayon, o cümlədən kənd yerlərində əsasən bulaq sularından istifadə edildiyindən onlara su pulsuz başa gəlirdi. Ancaq müəssisələrə verilən içməli suyun 33% ucuzlaşması mərkəzləşdirilmiş xətlərdən istifadə edən şirkətlərin maya dəyərini cüzi də olsa ucuzlaşdırır. Burda ucuzlaşma qablaşdırımış hər bir məhsul üzrə 2-3 qəpik ola bilər. Ancaq inanmıram ki belə uculaşma fonunda şirkətlər sərinləşdirici içkilərin qiymətinə yenidən baxıb onu ucuzlaşdırsınlar. ən azı devalvasiya nəticəsində qablaşma materialları əhəmiyyətli dərəcədə bahalaşıb.
Suyun bahalaşması əhalidən başqa digər istehlakçı qrupu üçün baş verib. Onlar əvvəllər istifadə etdiklər suyun hər kub metrinə 1,3 manat ödəyirdilərsə, bundan sonra 2 manat ödəməli olacaqlar. Bu qrup üzrə artım 54% olub. Belə qrupun istehsal etdiyi məhsulda suyun maya dəyəri çox cüzi olduğundan onların məhsullarının qiymət artımına səbəb ola bilməz.
Yeganə olaraq artım avtomobilyuma məntəqələrində ola bilər. Çünki bu məntəqələr bir qayda olaraq əhali qrupuna aid su xətlərinə qoşulduğundan suyun bahalaşması onların xidmətini bahalaşdıra bilər
Belediyye.info