Xətai rayon icra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Xətai bələdiyyəsinin sədri əliyar əliyev, rayon icra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah imanovun da daxil olduğu nümayəndə heyəti Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərində Umumilli lider Heydər əliyevin doğum gunu ilə bağlı təşkil olunan təntənəli tədbirdə iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Bu barədə məlumatı Xətai RiH yayıb.
9 may 2017-ci il tarixdə Türkiyə vaxtı ilə saat 16:00-da Tarsus şəhərindəki Ümummilli lider Heydər əliyevin adını daşıyan parkda təşkil olunan tədbir möhtəşəmliyi ilə seçilib.
Tədbirdə nümayəndə heyətinin rəhbəri, Xətai RiH başçısı Razim Məmmədov çıxış edərək Ulu öndərin həyat fəaliyyətinə toxunub və iki qardaş ölkə arasında əlaqələrin qurulmasındakı rolundan danışıb.
Çıxışında həmçinin iki şəhərarasında əlaqələrin bundan sonrada yüksələn xətt üzrə inkişaf edəcəyini qeyd edən icra başçısı şəhər rəhbərliyinə belə yüksək səviyyəli tədbir keçirdiyinə görə nümayəndə heyətinin adından təşəkkürünü bildirib.
Tədbirdə Tarsus şəhərinin rəsmiləri, millət vəkilləri və bir sıra tanınmış simalar iştirak edib.
Tədbir konsert proqramıyla yekunlaşıb.
Belediyye.info
|
|
|
|
|
|
|