Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) və Altınova Bələdiyyəsi əməkdaşlığında alınan yanğınsöndürmə maşını Makedoniyanın mərkəz Jupa bələdiyyəsinə təhvil verilib. Bu barədə məlumatı TDBB yayıb.
Təhvil -təslim mərasiminə, Jupa bələdiyyə sədri Arijan ibraim, TDBB Baş katibi Fəxri Solak və Altınova Bələdiyyəsi məclis üzvü əli Koçal və Hüseyn Özkan iştirak edib.
Mərasim sonra Mərkəz Jupa Bələdiyyə sədri Ariya ibraim ilə TDBB Baş katibi Fəxri Solak etdikləri birgə bəyanatda, bu günə qədər həyata keçirilən birgə işlərdən məmnun olduqlarını, gələcəkdə yeni layihələr həyata keçirmək üçün danışıqları davam etdirəcəklərini ifadə ediblər.
Mərasim sonrası, TDBB heyəti ilə Mərkəz Jupa Bələdiyyəsi nümayəndə heyəti arasında dəyərləndirmə toplantısı da keçirilib. Toplantıda Mərkəz Jupa Bələdiyyə Sədrinin yanaşı Mərkəz Jupa Bələdiyyəsində müxtəlif vəzifələrdə olan rəhbərlər də iştirak edib.
Belediyye.info