sorğu
Gəncə şəhəri Nizami bələdiyyəsinin yaydığı məlumata görə, Azərbaycan Texnologiya Universitetinin “Dövlət və Bələdiyyə idarəetmə” ixtisası üzrə təhsil alan tələbələr, bələdiyyəmizdə may ayına kimi təcrübə keçəcəklər.
Məlumatda qeyd edilir ki, tələbələrinin təcrübə kursunu bələdiyyədə keçmələri gənclərin bələdiyyə fəaliyyətini daha dərindən öyrənmələrinə xidmət edir və onların gələcəkdə bələdiyyə sahəsində ixtisaslarına uyğun çalışmalarında stimul yaradır.
Gəncə Nizami Bələdiyyəsi bu kimi təcrübə proqramların daima dəstək göstərir və fəaliyyətində bu kimi layihələrə daima açıqdır. Tələbələrimizə bol-bol uğurlar arzulayırıq!
Belediyye.info