"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təltif edilənlər arasında bələdiyyə üzvləri də var

--2022-03-07 / 14:59

Prezident ilham əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Onların arasında üç bələdiyyə üzvü olan xanımda var. G.Mirzəzadə Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədri, G.Salamova şəki şəhər bələdiyyəsinin üzvü, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi şəki təşkilatının sədri və A.Salehova Ağdaş rayon Qulbəndə bələdiyyəsinin sədri vəzifəsində çalışır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayeva Lyubov Aleksandrovna

Axundova Nəcibə Novruz qızı

Alızadə Sevinc əsgərxan qızı

əfrasiyabova Dilarə Paşa qızı

imanova Mehriban Təyyar qızı

Qasımova Bahar Komandir qızı

Qəhrəmanova Yaqut Qəhrəman qızı

Mirzəzadə Gülqədəm Abdulalı qızı

Muxtarova Dilarə əliəsgər qızı

Rzayeva Yazgül Həsənəli qızı

Salamova Gülnaz Mustafa qızı

Salehova Almas Yaqut qızı

Tağıyeva Leyla Çingiz qızı.

ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2022-ci il

ŞƏRHLƏR