"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təltif edilənlər arasında Nəsimi bələdiyyəsinin gənc üzvü də vardır

--2019-02-01 / 18:45

Nəsimi Rayon icra Hakimiyyəti tərəfindən “2 fevral – Gənclər günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatındakı aktiv fəaliyyətinə Nəsimi bələdiyyəsinin sədr müavini Həsən Mövsümzadə “Fəxri Fərman”la təltif edilib.

“Fəxri Fərman” Nəsimi RiH-in təşkilatçılığı ilə bu gün keçirilən tədbirdə təqdim edilib.        

Qeyd edək ki, 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir.

Xatırladaq ki, Həsən Mövsümzadə 2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2015-ci ilin yanvar ayından isə bələdiyyənin sədr müavini vəzifəsinə seçilib.

Belediyye.info

ŞƏRHLƏR