"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təltif olunanlar arasında bələdiyyə sədri də var

--2016-05-04 / 20:11

Nərimanov rayon icra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Veteranlar şurasında Ulu Öndər Heydər əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konfrans keçirilib.

Konfransda Nərimanov rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Veteranlar şurasının sədri Dadaş Rzayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Böyük Vətən müharibəsi veteranları və gənclər iştirak etmişlər.

Tədbirdə  Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev  Ümummilli Lider Heydər əliyevin həyat və fəaliyyətindən danışaraq, Azərbaycanın bugünki inkişafının möhkəm təməllərinin Ulu Öndər Heydər əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən bu inkişafın uğurla davam etdirildiyini bildirmişdir. O, həmçinin, Veteranları Qələbənin 71–ci ildönümü münasibəti ilə təbrik etmişdir.

Daha sonra Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri, general-mayor Dadaş Rzayev Ümummilli Lider Heydər əliyevin Azərbaycanda bütün sahələrdə, o cümlədən ordu quruculuğu və veteranlarla bağlı dövlət siyasətinin də əsasını qoyduğunu və bu siyasətin Prezident Ali Baş Komandan ilham əliyev tərəfindən yeni səviyyəyə qaldırıldığını qeyd etmişdir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu öz çıxışında ulu öndərin keçdiyi zəngin həyat yolundan, onun böyük siyasət, dövlət adamı kimi xalqımızın taleyində oynadığı əvəzsiz roldan danışmış, dünyanın ən tanınmış liderlərinin belə ümummilli lider Heydər əliyevin nadir düha olduğunu və xidmətlərini etiraf etmək məcburiyyətində qaldıqlarını bildirmişdir.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Tağıyev Təmraz çıxış edərək Ümummilli lider Heydər əliyevin tarixi xidmətlərindən, ölkədə bütün sahələrdə onun başlatdığı işlərin uğurla davam etdirilməsindən, Ulu öndərin gənclərə və veteranlara göstərdiyi diqqət və qayğıdan danışdı.

Tədbirdə Nərimanov rayon icra Hakimiyyətinin başçısı Abdin ələsgər oğlu Fərzəliyev “Həzi Aslanov” yubiley medalı ilə, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağı oğlu Tağıyev və e.o polis general-mayor Kamil əli oğlu Məmmədov isə “Veteran Həmrəyliyi” medalları ilə təltif edildilər. Dadaş Rzayev Respublika Veteranlar Təşkilatının rəyasət heyyəti adından medalları sahiblərinə təqdim etmişdir.

Tədbirin sonunda isə Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup gəncə Partiya vəsiqələri təqdim olundu.

Qeyd edək ki, təltif edilənlərdən olan  Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağı oğlu Tağıyev həmdə  Nərimanov bələdiyyəsinin sədridir.  T.Tağıyev bu günlərdə həmçinin Azərbaycan Milli şəhər Bələdiyyə Assosiasiyasına sədr seçilib.

Belediyye.info

 

ŞƏRHLƏR