sorğu
ismayıllıda payız-qış mövsümünə hazırlıq məqsədilə görülən işlərdən biri də şəhər daxilində suötürücü arx və kanallarda təmizlənməsidir. Bu təmizlik işi olmaqla bərabər, həm də payız aylarında gözlənilən güclü yağışların şəhər təsərrüfatına ziyan yetirmədən axıb mövcud çaylara çatmasına zəmin yaradır.
ismayıllı Rayon icra Hakimiyyətinin təşəbbüsü ilə ismayıllı Suvarma Sistemləri idarəsi, Kommunal Müəssisələri Kombinatı və ismayıllı bələdiyyəsi tərəfindən şəhər ərazisində əsas suötürücü kanalda təmizlik işləri aparıb. Texnikanın və bir qrup işçinin köməyi ilə kanal lildən, münbit şəraitdə bitən alaq otlarından və digər kənar tullantılardan təmizlənib.
Ü.əsədova,
ismayıllı bələdiyyəsinin əməkdaşı