"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev Azərbaycanı Avropa şurasında təmsil edəcək

--2016-06-30 / 19:39

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosasiyasının idarə Heyətinin iclası keçirilib. iclasda Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, assosasiyanın  sədri Təmraz Tağıyev və idarə heyətinin üzvləri iştirak edib.  

Bu barədə Belediyye.infoya daxil olan məlumata görə, assosasiyanın idarə Heyətinin iclasında Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin yeni tərkibinin təsdiqi və Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi barədə məsələlər müzakirə edilib.  idarə Heyətinin qərarı ilə Təmraz Tağıyev Azərbaycanı Avropa şurasında təmsilçi seçilib. 

Bildirilib ki, bələdiyyələrin fəal iyyətinin səmərəli təşkili üçün yerli büdcənin lazımi səviyyədə formalaşdırılması, yerli vergi və ödəniş ödəyicilərinin, habelə vergitutma və ödəniş tətbiq edilən obyektlərin uçotunun düzgün aparılması, bununla da bələdiyyələrin maliyyə-iqtisadi potensialının əsaslarının gücləndirilməsi prioritet məsələdir.

Müzakirələrdən sonra Idarə Heyətində yerli vergi və ödənişlərinavtomatlaşdırılmış məlumat sistemi proqramının bütün bələdiyyələrdə tətbiqi, həmçinin bununla bağlı regional seminarların keçirilməsinə dair qərar qəbul edilib.

Belediyye.info

ŞƏRHLƏR