19 sentyabr 2017-ci il tarixində YAP Nərimanov rayon təşkilatının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bir qrup gənclə görüş keçirib. Bu barədə məlumatı YAP Nərimanov rayon təşkilatı yayıb.
Görüşdə T. Tağıyev cənab Prezident ilham əliyev tərəfindən daim Azərbaycan gəncliyinə göstərilən etimaddan, böyük diqqət və qayğıdan, ölkəmizdə gənclərin öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılan şəraitdən danışıb.
O bildirib ki, Azərbaycan Respublikasında gənclər ictimai-siyasi həyatın fəal və aparıcı qüvvəsidir. Gənclər bu gün Prezident ilham əliyev tərəfindən həyata keçirilən islahatlarda yaxından iştirak edir, dövlətimizin iqtisadi-siyasi cəhətdən daha da qüdrətlənməsi naminə yorulmadan çalışırlar.
Görüşdə YAP Nərimanov rayon Gənclər Birliyinin 2017 il ərzində görülən işləri, həyata keçirilən layihələri haqqında məlumat verilib.
Həmçinin gənclərin fikirləri dinlənilmiş, təklif və ideyaları müzakirə edilmişdir.
Sonda Təmraz Tağıyev gənclərə öz tövsiyyələrini bildirərək onlara gələcək işlərində uğurlar arzu edib.
Belediyye.info