27-29 iyun 2018-ci tarixlərdə Türkiyənin istanbul şəhərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin növbəti iclası keçirilmişdir. iclasda Azərbaycan nümayəndə heyətini YAP Nərimanov rayon təşkilatının sədri, Azərbaycan şəhər Bələdiyyələri Milli Assossiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil etmişdir. Bu barədə məlumatı assosiasiya sədrinin özü verib.
Monitorinq Komitəsinin iclasında müxtəlif mövzular müzakirə olunmuş, çıxışlar və təkliflər dinlənilmiş, yeni qərarlar qəbul olunmuşdur. Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərin müzakirəsi, Ermənistanda baş verən siyasi dəyişikliklər, uşaq əməyinin istismarının qarşısının alınması və digər mövzular əsas diqqət mərkəzində olmuşdur.
Belediyye.info