Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Türkiyənin istanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün qardaş ölkəyə səfərə gedib.
Bu barədə Belediyye.infoya məlumatı Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofq Həsənov bildirib.
Toplantıya Azərbaycan, Bosniya Və Herseqovina, şimali Kipr, Qırğızıstan, Makedoniya, Monqolustan və Türkiyədən olan idarə heyətinin üzvləri iştirak edib.
istanbulun Ümraniyə bələdiyyəsinin ev sahibliyi ilə baş tutan iclasda Azərbaycan şəhər Bələdiyyələri Milli Assossiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, TDBB-nin idarə heyətinin üzvü Təmraz Tağıyev geniş məruzə ilə çıxış edib.
T. Tağıyev idarə heyətinin iclasında çıxış edərək qarşıdan gələn 31 mart tarixində keçiriləcək seçkilərdə Türkiyə dövlətinə və xalqına uğurlar arzu edib. O, həmçinin, Prezident ilham əliyevin Türkiyədə "ilin dövlət başçısı" seçilməsinə görə Türk dövləti və xalqına, eyni zamanda, bununla bağlı səsləndirdiyi xoş fikirlərə görə Kocaeli Böyükşəhər Bələdiyyəsinin və Türk Dünyası Bələdiyyələr Birliyinin sədri ibrahim Karaosmanoğluna öz minnətdarlığını bildirib.
iclasda TDBB dəstəyi ilə Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə birgə layihələrin icrası barədə fikir mübadiləsi də aparılıb.
Belediyye.info
|
|
|
|
|
|
|