Təmraz Tağı oğlu Tağıyev 15 fevral 1960-cı ildə Qərbi Azərbaycannın Hamamlı (Spitak) rayonunda anadan olub.
Azərbaycan Politexnik institutunu bitirib, ixtisasca mühəndisdir.
institutu bitirdikdən sonra Rabitə Nazirliyinin Avtonəqlliyyat müəssisəsində müxtəlif vəzifələrdə çalışıb.
1996-cı ildə irəli çəkilərək həmin müəssisənin baş direktoru vəzifəsinə təyin edilib. 2008- ci ilədək həmin vəzifədə çalışıb.
Yeni Azərbaycan Partiyası yarandığı gündən partiyanın sıralarında öz aktivliyi ilə seçilən YAP Siyasi şurasının üzvü Təmraz Tağıyev 2000-ci ildən 2022-ci ilin yanvar ayına dək partiyanın respublikada ilk özək təşkilatı olan Nərimanov rayon təşkilatına rəhbərlik edib.
2009 -cu ildə bələdiyyə seçkilərinə qatılan T. Tağıyev bələdiyyə üzvü, 2010-cu ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib.
2014-2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində T. Tağıyev növbəti dəfə uğura imza ataraq bələdiyyə üzvü və yenidən sədri seçilib.
Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev 26 aprel 2016-cı il tarixdə keçirilən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında yekdil səsvermə ilə assosiasiya sədri vəzifəsinə seçilib.
2010-cu ildə Nərimanov bələdiyyəsinin sədri seçilən bu quruma rəhbərlik etdiyi ilk gündən bələdiyyənin fəaliyyəti dirçəlmiş və əldə edilən uğurlar ilbəil yüksəlməkdədir.
Qeyd edək ki, Təmraz Tağıyev həmçinin Avropa şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanı təmsil edir.
Ümummillli liderimiz Heydər əliyev ideyalarına sədaqəti, ölkə Prezidenti cənab ilham əliyevə, dövlətçiliyimizə bağlılığı, gənclər arasında böyük nüfuzu və onlara dəstəyi onun fəaliyyətinin əsasını təşkil edir.
TəMRAZ TAÄžIYEVi ÜRəKDəN TəBRiK EDiR, FəALiYYəTiNDə YENi-YENi UÄžURLAR Və BəLəDiYYə SiSTEMiNiN iNKişAFINDA DAHA BÖYÜK NAiLiYYəTLəRə iMZA ATMAÄžI ARZU EDiRiK!!!