Bu gün Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağyevin Türk Dünyası Bələdiyyələr Birliyinin sədri Uğur ibrahim Altayla telefon danışığı baş tutub.
Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı ABş Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” haqda bildirdiyi fikirlər kəskin qınanılmış, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanmışdır.
Danışıq zamanı tarixi reallığı saxtalaşdırmaq, faktları danmağın mümkünsüzlüyü, Türkiyənin bu həssas məsələdə tərəfimizdən haqlı dəstəyə sahib olması qeyd edilmişdir.
Bildirilmişdir ki, Azərbaycan və Türkiyə qardaşlığı sarsılmazdır və hər zaman bu birlik davam edəcəkdir!
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası