"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tərtər, Ağstafa,Qobustan, Lerik və Saatlı bələdiyyəsi geriliyə yol veriblər-CiDDi

--2018-05-18 / 07:40

“18 şəhər bələdiyyəsi fiziki şəxslərdən torpaq, 25 şəhər bələdiyyəsi isə fiziki şəxslərdən əmlak vergisini ötən illə müqayisədə az toplamışlar. O cümlədən fiziki şəxslərdən torpaq vergisinin toplanmasında Tərtər bələdiyyəsində 66, Ağstafa bələdiyyəsində 75, Saatlı bələdiyyəsində 80 faiz geriliyə yol verilmişdir”- bu fikirləri Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, Liman bələdiyyəsi isə bu növ vergidən cəmi 9 manat toplamaqla ili başa vurmuşdur. Fiziki şəxslərdən əmlak vergisinin toplanmasında da eyni mənzərə mövcuddur. əmlak vergisinin toplanmasında ötən il Qobustan bələdiyyəsi 60, Lerik bələdiyyəsi 69 faiz geriliyə yol verməklə olduqca aşağı göstərici ilə kifayətlənmişlər. Liman bələdiyyəsi isə fiziki şəxslərdən əmlak vergisini ümumiyyətlə toplamamışdır.

Belediyye.info

ŞƏRHLƏR