“Hüquqi statusu olmayan mənzilləri sənədləşdirilməsi zamanı Tarif şurası tərəfindən müəyyən edilən tariflərin azadlımasına ehtiyac var. Bu gün bir mənzilin sənədləşdiriliməsi orta hesabla 350 -400 manata başa gəlir. Tərtər rayonunda formalaşdırılan bələdiyyələrin hər birində olan təsərrüfatların yalnız 2-3 faizi qeydiyyata alınıb. Sənədləşdirmə çox vaxt və maliyyə vəsaiti apardığından vətəndaşlar bu prosesə maraqlı deyillər. Qeydiyyat olmaması ucbatından isə onlardan hər hansı formada əmlak vergisinin tutulması mümkün deyildir. Hazırda mənzillərin bələdiyyələr tərəfindən uçotu aparılır. Bələdiyyələr tərəfindən yerli icra nümayəndəliklərində olan mənzillərin ölçülər tutuşdurulur. Tariflərin aşağı salınması nəticə etibariylə həm vətəndaşa, həmdə bələdiyyələrə geniş imkan yaradacaq. ”
Bu fikirləri “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasıyla əlaqədar Tərtər şəhərində baş tutan hüquqi dərs zamanı yerli bələdiyyə nümayəndələri təklif kimi irəli sürüblər.
Tərtər Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun 24 bələdiyyəsi və yerli icra nümayəndəliklərinin təmsilçiləri, habelə Tərtər rayon icra hakimiyyətinin ərazi icra və özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli əliyev və ədliyyə Nazirliyinin Bərdə Regional şöbəsinin baş məsləhətçisi Azər Allahverdiyev iştirak edib.
BELEDiYYE.iNFO