"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təşəbbüsə Kürdmaşı bələdiyyəsi də qoşulub

--2020-04-03 / 18:37

Koronavirus (COVID 19) infeksiyasının sürətlə yayılma təhlükəsi bütün dünyada olduğu kimi ölkəmizdə də tibbi maskalara tələbatı artırıb. Bu səbəbdən, ölkədə yaranmış maska çatışmamazlığını aradan qaldırmağa dəstək olmaq məqsədilə, 01 aprel 2020-ci il tarixdən etibarən, ismayıllı Rayon icra Hakimiyyəti başçısının təşəbbüsü və ismayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə, əhalinin tibbi maskalarla təmin edilməsi üçün Mərkəzin könüllüləri tərəfindən tibbi maskaların hazırlanmasına başlanılıb. Tibbi maskalar əhaliyə pulsuz paylanılır.

Rayonda başlayan aksiyaya Kürdmaşı kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi, Kürdmaşı bələdiyyəsi və “Nur” Qadın inkişaf Qrupu qoşulublar. Gün ərzində 400 ədəd maska tikilib və əhaliyə pulsuz paylanılıb.

Məlumat üçün bildiririk ki, “Buta” tikiş evi aprel ayının 4-dən etibarən aksiyaya qoşulacağını bildirib. Yaxın günlərdə isə rayonda fəaliyyət göstərən ismayıllı Tikiş Evi də tibbi maskaların istehsalına başlayacaqdır.

Rayonun digər qəsəbə və kəndlərinin də bu aksiyaya qoşulması nəzərdə tutulub.

ŞƏRHLƏR