"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ticarət mərkəzlərinin bələdiyyələrə borcu yaranıb

--2016-01-14 / 11:35

Ticarət mərkəzlərinin nəzdində fəaliyyətdə olan, o cümlədən avtodayanacaq xidməti göstərən hüqüqi və fiziki şəxslər qanunla müəyyən edilmiş qaydada bələdiyyələrə vergi ödəməlidirlər. Belə ki,  “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun  9.1.5 maddəsnin birmənalı olaraq  göstərilir ki,  “bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş” həyata keçirilməlidir. Qanunda ödənişin həcmi də qeyd edilir: “Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir”

Belediyye.info bununla bağlı bələdiyyələrə müraciət edib. Nəsimi, Səbail, Nizami, Bakıxanov  və Lökbatan bələdiyyələrinin təmsilçiləri bununla bağlı dəfələrlə sahibkarlara müraciət edildiliyini desələrdə, hələ ki konkret nəticənin olmamasından narahatlıqlarını bildiriblər.

Bununla bağlı “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli Belediyye.infoya açıqlamasında bildirib ki, ticarət mərkəzlərində fəaliyyət göstərən avtodayanacaqlar  hər bir avtomobil sahibindən alınan vəsaitdən 10 qəpik miqdarında vəsaiti yerli büdcəyə ödəməlidir. Bu həmin sahibkarların bilavasitə borcudur ki, fəaliyyət göstərdiyi ərazidə fortmalaşan bələdiyyələrə aid vəsaiti vaxtında köçürsün.

Qeyd edək ki, hazırda həmin avtodayanacaqlarda olan ödənişin həcmi hər avtomobilə görə saatı 50 qəpikdən bir manatadək dəyişir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin bu istiqamətdə apardığı araşdırmalardan  belə qənaətə gəlmək olar ki, bu gün  ticarət mərkəzlərinin bələdiyyələrə kifayət qədər vəsait ödəməlidirlər.  Belə ki, ortalama rəqəmlə götürsək bu rəqəmin ay ərzində 50 min  manatdan artıq etdiyini görmək olar.

Belediyye.info 

ŞƏRHLƏR