"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tiflisdə regional inkişaf məsələləri müzakirəyə çıxarılıb

--2015-10-01 / 15:32

Regional Fərqlərin Aradan Qaldırılması üzrə 5-ci konfrans (CORD) Avropa Birliyi, Balkan ölkələri, eləcə də Avropa Birliyinin şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin regional inkişaf məsələləri ilə məşğul olan yüksək səviyyəli rəsmiləri və mütəxəssisləri bir araya gətirib. Bu barədə məlumatı tədbirdə Azərbaycanı təmsil edən Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı  verib. 

Zəngin ənənələrə malik olan CORD  Makedoniya, Serbiya, Monteneqro və Moldovada baş tutmuş tədbirlərin ardınca  cari ildə ilk dəfə olaraq Cənubu Qafqazda toplaşıb. Bu ilki tədbirə Gürcüstanının Regional inkişaf və infrastruktur Nazirliyi ev sahibliyi edir.

Tədbrin açlışında Gürcüstan Parlamentinin spikeri Usubaşvili, baş nazirin müavini Kaxa Kaladze, Regional inkişaf və infrastruktur naziri Nodar javakaşvili, o cümlədən  Avropa ittifaqının Gürcüstandakı səfiri Yanos Herman və  GIZ Cənubi  Qafqaz üzrə  rəhbəri Martin Homola iştirak ediblər.

Təbdirdə iştirak edən GiZ -Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının Azərbaycan Bürosunun rəsmisi Fidan Qasımovanın sözlərinə, konfransda ötən il Kişinyov şəhərində başlanılmış mövzunu “Regional inkişafın reallığa çevrilməsi” məsələsinin müzakirəsini davam etdirib.

Gündəlikdə duran ilkin məsələ kimi region ölkələrində Ai-nin yardım proqramları çərçivəsində əldə olunmuş nəticələr nəzərdən keçiriləcəkdir.

2014-2020-ci illər üzrə yeni proqramların başlanması dövrünə təsadüf edən hazırkı konfrans oriyentasiya ilə bağlı mühüm imkan yaradacaqdır. Eyni zamanda, iştirakçılar Gürcüstan hökumətinin Ai-nin sektoral yardım proqramı çərçivəsində dəstəklədiyi regional siyasət sahəsində müfəssəl islahatları ilə bağlı məlumat əldə etmək fürsətinə malik olacaqdır.

Kişinyov şəhərində baş tutmuş müzakirələrin davamı olaraq əsas diqqət regional və yerli səviyyələrə istiqamətləndiriləcəkdir. iştirakçılar yerlərdə real dəyişiklərə nail olmaq üçün ərazi və sektor strategiyalarından necə istifadə etmək lazım olduğunu  tədqiq edəcəklər. Bu məqsədlə, konfrans həm ölkə səviyyəsində maraqlı tərəfləri,  həm də yerli hökumətlərin yüksək səviyyəli nümayəndələrini tədbirə dəvət edib.

iki gün davam edən tədbirdə  paralel sessiyalar çərçivəsində iştirakçılar uğurlu yerli inkişaf məsələləri ilə bağlı praktik nümunələri öyrənmək fürsəti qazanmaqla, iştirakçılar şəhərlərin regional inkişafdakı rolu, şəhər-kənd münasibətləri və potensial böyük mərkəz ərazilərin ətraf ərazilərin inkişafının dəstəklənməsi baxımından inkişaf konsepsiyalaraını müzakirə edəcəklər. Eyni zamanda, kənd ərazilərində aşağıdan-yuxarıya, icma əsaslı yerli inkişaf təşəbbüsləri ilə bağlı uğurlu təcrübələr də nəzərdən keçiriləcək, Avropa ittifaqı timsalında ən son qabaqcıl təcrübələr öyrəniləcəkdir.

Konfransın sonucu günündə təşkil olunacaq plenar iclas çərçivəsində xüsusi inkişaf proqramları ilə bağlı ən son təcrübələr üzrə müfəssəl təhlillər təklif olunacaqdır.

Xatırladaq ki, Regional Fərqlərin Aradan Qaldırılması  Konfransı iştirakçılara regional inkişaf sahəsində təcrübə mübadiləsi aparmaq, yeni imkan və istiqamətlər barədə müzakirələr aparmaq baxımından əhəmiyyətli fürsət təmin edəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR