"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tikintiyə icazə sənədlərinin verilməsi prosesi sadələşdirilir - Video

--2018-08-04 / 19:07

Paytaxtın memarlıq üslubuna nəzarəti Bakı şəhər icra Hakimiyyəti deyil, Dövlət şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Prezident ilham əliyev bununla bağlı fərman imzalayıb.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyev yeni səlahiyyətdən danışıb.

O bildirib ki, yeni səlahiyyət onlara həm paytaxtın baş planının qaydalar çərçivəsində icrasına yardım edəcək, həm də sahibkarların tikinti fəaliyyətinin şəffaflaşdırılmasına geniş imkanlar yaradacaq.

 A.Quliyevin sözklərinə görə, sahibkarların işini asanlaşdırmaq üçün əsas məsələ bütün icazə sənədlərinin vahid pəncərə sistemi vasitəsilə bir mərkəzdə təşkil edilməsidir.

Bundan başqa, Bakı bulvarında inşa ediləcək obyektlərə də nəzarəti Komitə həyata keçirəcək.

Qeyd edək ki, Bakı bulvarının obyektlər inşa edilməmiş yeni sahəsində tikintilər Komitənin hazırladığı konsepsiya əsasında inşa ediləcək.

http://qafqazinfo.az/news/detail/tikintiye-icaze-senedlerinin-verilmesi-prosesi-sadelesdirilir-video-226591

ŞƏRHLƏR