"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Toplantıda qardaş Türkiyə xalqına dəstək ifadə olundu

--2023-02-10 / 13:28

Fevral ayın altısında Türkiyənin bir sıra bölgələrində böyük insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ baş verdi. Bu hamı kimi şirvan Bələdiyyəsinin kollektivinidə sarsıtdı. Elə həmin gün şirvan Bələdiyyəsində Bələdiyyə işçiləri bir yerə toplaşıb qardaş Türkiyə xalqı ilə həmrəy olduğlarını bildirdilər. Bələdiyyə sədri Kürdoğlu Muradov bildirdi ki, Azərbaycan xalqı çətin günlərində Türkiyəni həmişə yanında hiss edib. əgər belə olmasaydı 44 günlük vətən müharibəsində qələbəmizdə mümkün olmazdı. O ağır günlərdə Türkiyə bizə mənəvi dəstək oldu. Bəlkədə bu dəstək olmasaydı bizim zəfərimiz sual altında olardı. Toplantıda iştirak edənlər hamılıqla Türkiyə xalqına dəstək ifadə etdilər. Dəhşətli zəlzələdə şəhid olan qardaş və bacılarımıza Allahdan rəhmət, yaralılara şəfa dilədilər. Bələdiyyəninn kollektivi qardaşlaşdıqları Türkiyənin Ankara şəhərinin Etimesqut Bələdiyyəsinin başkanı ənvər Dəmirələ xalqımız adından baş salığı teleqramı göndərməyi vacib bildilər. Teleqramda deyilir:

“Hörmətli başkan ənvər bəy !

Qardaş Türkiyənin 10 bölgəsində baş verən dəhşətli zəlzələlər xəbəri bizi sarsıtdı. Böyük insan tələfatı ilə nəticələnən bu zəlzələdə həlak olan bacı və qardaşlarımızın və zəlzələdən zərər çəkənlərin taleyi bizi üzdü. Ona görə də kollektivimiz adından. O cümlədən Azərbaycan xalqı adından, Sizə və Sizin simanızda bütün türk xalqına dərin hüznlə baş salığı verir, yaralılara allahdan şəfa diləyirik. Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Başın sağol sun Türkiyə.

Hörmətlə,

şirvan Bələdiyyəsinin sədri     K.B.Muradov”

ŞƏRHLƏR