Azərbaycan prezidenti ilham əliyev “inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.Modern.az bildirir ki, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Qeyd edək ki, edilən dəyişikliklərə əsasən inzibati Xətalar Məcəlləsinin 88-1-ci maddəsi aşağıdakı redaksiyada verilib:
“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi
88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”.
88-3-cü maddə üzrə isə müvafiq dəyişikliklər edilib:
3.1. dispozisiyasına “mühafizə zonalarındakı torpaq sahələri” sözlərindən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri əlavə edilsin;
3.2. sanksiyasında “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “min beş yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
Modern.az