Azərbaycanın vahid torpaq fondu 8.641.506 hektar təşkil edir. Bu rəqəmi “əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda keçirilən işgüzar Forumda əmlak Məsləsəri üzrə Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi şöbəsinin müdiri Rafiq Süleymanov bildirib. Onun sözlərinə görə, Torpaq məcəlləsinə uyğun olaraq torpaq fondu yeddi kateqoiyada sistemləşdirilib. Vahid torpaq fondunun 5.300.000 ərazisi kənd təsərrüfatı təyinatlı, 306.000 hektar yaşayış məntəqələrinin, cümlədən şəhər, qəsəbə və kəndlərin altında olan torpaqlar, 341. 000 hektar sənaye, nəqliyyat, müdafiə, rabitə və müəssisələrinin altında olan torpaqlar, 418. 000 hektar xüsusi qorunan ərazilər, 717.000 hektar meşə fondu torpaqları, 148.000 hektar su fondu torpaqları, 265.000 hektar isə ölkənin ehtiyat fondu torpaqlarıdır.
şöbə müdirinin sözlərinə görə, ölkədə yaradılmasına start verilən vahid torpaq fondunu elektron xəritəsi, elektron ucot-kadastr sistemi müəyyən edildikdən sonra yuxarıda göstərilən rəqəmlərdə dəyişiklik ola bilər.
Belediyye.info.