"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tovuz bələdiyyələri ayda 500 manat qazana bilmir

--2018-06-14 / 18:18

Tovuz rayonunda formalaşan 41 bələdiyyə 2017-ci il ərzində 319.500 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən cəmi 9.3 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 16.3 faiz, əmlak vergisinin həcmi 16.8 faiz, mədən vergisindən daxil olan ödənişin həcmi 0.4 faiz olub.

il ərzində 41 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 90.400 manat təşkil edib.

2017-ci ildə Tovuz bələdiyyələrinin büdcəsinə mehmanxana ödənişlərindən 200 manat vəsait daxil olub.

Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 86.600 (yəni 27.1.%), icarəyhə verilməsindən isə 27.400 manat (8.6%) maliyyə vəsaiti daxil olub.

Maraqlı məqam ondadır ki, 41 Tovuz bələdiyyəsi  ay ərzində dotasiyasız ay ərzində cəmi 465 manat vəsait əldə edə biliblər.

Bu ümumi respublika göstəricisindən yəni 1583 manatdan 3.4 dəfə aşağıdır.

 Belediyye.info

ŞƏRHLƏR