sorğu
Tovuz Rayon Bələdiyyə əlaqələndirmə şurasında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ilkin təşəbbüs qrupu yaradılıb.
Bununla əlaqədar keçirilən tədbirdə rayon bələdiyyə şurasının sədri Binnət Hüseynov, Tovuz şəhər Bələdiyyəsinin müavini Firdovsi Fəttahov və başqaları çıxış edərək, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat veriblər.
Çıxışlardan sonra “Bələdiyyə” təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərin namizədliyi müəyyənləşdirilib.