Litva Respublikası Trakay şəhərinin meri Edita Rudelene Qazax şəhərinə səfərdədir. Səfər bu gün səhər Qazax şəhəri mərkəzi meydanında ucaldılan Ulu öndər Heydər əliyevın heykəlini ziyarətlə başlayıb.
Qazax Rayon icra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müşaiyətiylə qonaqlar Heydər əliyev Mərkəzində və şəhərin bir sıra görməli yerləriylə tanış olublar.
Gün ərzində icra hakmiyyətində, o cümlədən rayonun Daş Salahlı, Damcılı, Yuxarı Salahlı kəndlərində görüşlər keçiriləcək, həmçinin səfər çərçivəsində dahi Səməd Vurgunun Ev-muzeyi də ziyarət olunacaq.
Xatırladaq ki, Edita Rudelene 2011-ci ildən Trakay bələdiyyəsinin üzvü seçilib, 2014-cü ildə isə şəhər meridir.
Bu günlərdə Edita Rudelene Belediyye.infoya geniş müsahibə verib.
Belediyye.info