Fins.az xezerxeber-ə istinadən xəbər verir ki, söhbət Bakı şəhərinin ərazidən istifadə və Zonalaşdırma Planından gedir. Layihə üzərində işlərə 5 aydır başlanılıb. Bakı Dövlət Layihə institutunda hazırlanan plana yalnız paytaxtın 12 inzibati rayonu daxil edilib.
Layihədə tıxacların qarşısını almaq üçün Bakıda relsli ictimai nəqliyyat vasitəsilərinin yaradılmasına üstünlük verilir. 70-ə yaxın yeni metro stansiyası ilə yanaşı şəhərin mərkəzində tramvay zolaqları açılacaq, köhnə dəmir yolu xətləri bərpa ediləcək. əhalinin məskunlaşması üçün yeni yaşayış massivləri də salınacaq.
şəhərin mərkəzi isə qorunacaq. Yaşıllıq zolaqları dəniz ərazisində salınacaq.
Layihə bu ilin sonuna qədər hazır olacaq.
http://fins.az/naqliyyat/896182/Tramvaylar_Bakiya_qayidir___VIDEO.html