Ümummilli lider Heydər əliyev 8 mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. insan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdilər.
Tüləkəran bələdiyyəsinin kollektivi də 8 və 9 mart tarixlərində ərazidə yaşayan şəhid analarını Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik etmiş, onların məişət, sosial və digər problemləri dinlənilmişdir.
əziz xanımlar, 8 mart Beynəlxalq Qadınlar Gününüz Mübarək.
Hörmətlə:
Rauf Hüseynov
Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri