"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tullantılar şüvəlan Bələdiyyəsi tərəfindən təmizlənib

--2018-06-22 / 17:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonunun şüvəlan qəsəbəsində, Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən  verilən xəbərə görə, araşdırma zamanı fakt təsdiqini tapıb və tullantıları əraziyə şüvəlan qəsəbəsinin sakini Yusif Atayevin atdığı müəyyənləşib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib.

ərazi şüvəlan Bələdiyyəsi tərəfindən təmizlənib. Qeyd edək ki, şüvəlan bələdiyyəsinin sədri ilham islamov Xəzər RiH başçısı Gülağa islamovun oğludur.

https://azertag.az/xeber/1173511

 

ŞƏRHLƏR