Türk Dünyası Bələdiyyələr Birliyi idarə heyətinin videoformat şəklində növbəti iclası keçirilib. iclasda Azərbaycanı idarə heyətinin üzvü Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev də iştirak edib.
Bununla bağlı məlumat verən Təmraz Tağıyev Belediyye.infoya açıqlamasında bildirib ki, TDBB Prezidenti Uğur ibrahim Altayın sədrliyi ilə keçən iclasda 9 ölkədən (Albaniya, Azərbaycan, Kuzey Kıprız Türk Cumhuriyyəti, Qırğızıstan, şimali Makedoniya, Livan, Monqolustan, Özbəkistan və Türkiyə) idarə Heyətinin üzvləri iştirak edib. iclasda birliyin cari ilin mart ayından sonrakı dövrdə fəaliyyəti və növbəti üç ay ərzində görüləcək işlər, habelə idarə heyətinin sonuncu iclasında iştirak edən Türkiyə Cumhuriyyətininn Prezidenti Rəcəb Təyyub ərdoğanın irəli sürdüy təklif və tövsiyələr müzakirə edilib.
Yekunda həmçinin birliyə yeni üzvlər qəbul edilib.
Müzakirələrdə ilk olaraq çıxış edən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev müzakirə edilən mövzular ətrafında öz fikir və mülahizələrini bildirib. Müzakirə edilən təkliflər sırasında idarə heyətinin növbəti görüşünün Azərbaycanın mədəniyyət paytaxtı elan edilən şuşada keçirilməsi təklifi də yer alıb.
Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyi idarə heyətinin bu təkliflə bağlı Qərarı olduğu təqdirdə bütün addımlara Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası və Nərimanov bələdiyyəsi tərəfindən dəstək veriləcəyini bildirib.
Belediyye.info