"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyi Ali Məşvərət şurasının iclası keçirilib

--2018-11-25 / 17:54

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) Ali Məşvərət şurasının iclası birlik mərkəzində həyata keçirilib.

Toplantıya, Məsləhətləşmə heyətinin üzvlərindən Professor Doktor Saleh Aynural (Rumeli Universitetinin keçmiş Rektoru), Professor Doktor Osman Xora (Hacettepe Universiteti müəllim), Prof. Dr. A. Bürcün Yerli (Hacettepe Universiteti müəllim), Professor Doktor Adəm əsən (istanbul Universiteti müəllim), Professor Doktor Bətn Dəniz Özbay (Mərmərə Universitetinin Müəllimi) və TDBB Baş Katibi Fəxri Solak iştirak edib.

TDBB -nin 2018-ildə həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdimatla başlayan toplantı, gündəlik məsələlərinin görüşməsiylə davam edib.

iclasda, TDBB-nin beynəlxalq sahədə gördüyü işlərə və getdikcə daha institusional bir fəaliyyətə qovuşmasından duyulan məmnuniyyət ifadə edilərək, 2018-ci il fəaliyyətinin ümumi qiymətləndirilməsi aparılıb.

iclasda TDBB mütəxəssis təhsili, bilik və təcrübə mübadiləsi proqramlari, qardaş şəhər görüşmələri, təhsil işləri, infrastruktur və avadanliq yardimlari, xaric və daxili təmaslari, təşkil olunan və dəstəklənən sosial, mədəni tədbirlər və sərgilər, yeni üzvlər, üzv bələdiyyələr görüşmələri, TDBB yeni kitab və dövri nəşrləri kimi işlər aparılan təqdimatla Ali Məşvərət şurasının Üzvlərinə izah edilib.

iclasda həmçinin, Türkiyədəki universitetlərdə magistratura və ya doktorantura proqramına qeydiyyatda olan və tezis mərhələsinə keçən, TDBB dəstəkləmə proqramına müraciət edən namizədlərin tezisləri ilə bağlı gördükləri işlər də dinlənilib.

Tədqiqatçıların təqaüdünün 2019-ci ildə də davam etməsi üçün TDBB rəhbərliyə təqdim edilməsi qərara alınıb.

Belediyye.info

ŞƏRHLƏR