Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), Bosniya və Herseqovina Beynəlxalq Həmrəylik Forumu Emmaus Dərnəyi və Doboj istok Bələdiyyəsi əməkdaşlığında, Bosniya və Herseqovina Doboj Istok rayonunda yerləşən, "Uşaq və Gənclər Mərkəzi”ndə TDBB adına inşa ediləcək iki ədəd evin təməl atma törəni 5 Noyabr 2016 şənbə günü keçirilib. Bu barədə məlumat TDBB-dən daxil olub.
Mərasimə, Doboj istok Bələdiyyə Sədri Kamal Bratiç, Beynəlxalq Həmrəylik Forumu Emmaus Dərnəyinin sədri Hamzalija Okanoviç və Doboj şəhərinin Baş imamı Bajro Dzafiç iştirak edib.
TDBB üzvü Doboj istok rayonunda inşa edilən "Uşaq və Gənclər Mərkəzindəki evlər gənclərin cəmiyyətə qazandırılmasında mühüm rol oynayır. Normal bir evdə olmalıdır hər cür əşyanın yerləşdiyi bu evlərdən məqsəd, təhsil səbəbilə yataqxanalarda qalan gənclərin həyata atılmadan öncə bu evlərdə qalaraq öz ehtiyaclarını özlərinin gerçekləşdirə biləcəyi bir səviyyəyə çatdırmaq və onları həyata daha yaxşı hazırlamaqdır.
TDBB-nın 28 Sentyabr 2016 tarixində keçirilən idarə Heyətinin toplantısında alınan qərarla dəstək verilən layihənin üç ay ərzində bitməsi planlaşdırılır.
Belediyye.info