"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyi idarə heyətinin növbəti toplantısı keçirilib- EKSKLüZiV

--2015-07-24 / 00:04

Türkiyənin Ercan şəhərində Türk Dünyası Bələdiyyələr Birliyi  idarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə də iştirak edib.

Toplantıda Birliyin altıaylıq fəaliyyəti, birliyə yeni üzvlərin qəbulu məsələsi, həmçinin bir sıra layihələrin icrasına dəstək verilməsi və növbəti altıaylıq üçün fəaliyyət planı  müzakirə edilib.

Tədbirdə çıxış edən birliyin  həmsədri  M.Səlimzadə Türk Dünyası Bələdiyyələr Birliyinin beynəlxalq çərçivədə, həmçinin Azərbaycanda  keçirilən tədbirləri yüksək dəyərləndirib. Birliyin altıaylıq fəaliyyətini qənaətbəxş hesab edən M.Səlimzadə çıxışında Türk Dünyası Bələdiyyələr Birliyinin təşkilatıçılığı ilə nəşr olunan “Türk Dünyası” kitabının təqdimatıyla bağlı  “Qanunçuluq” jurnalında nəşr edilən yazı barəsində ətraflı danışıb. Həmsədr çıxışında həmçinin ölkəmizdə keçirilən ilk Avropa oyunlarında Azərbaycan və Turkiyə idmançılarının uğurlarından danışaraq hər iki komandanın çıxışını yüksək dəyərləndirib. 

Tədbirdə Azərbaycan nümayəndə heyətinin təşəbbüsüylə Azərbaycan Türkyiə bələdiyyələrinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və metodik tövsiyyələrin verilməsi ətrafında ciddi fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra həmsədrin təklifiylə ilin sonunadək  Azərbaycan bələdiyyələrinin bir qrupunun  vergiyığma məsələləri  və yaşıllaşdırma sahəsində  Türkiyə bələdiyyələrinin iş təcrübəsindən yararlanmaq üçün səfərlərin təşkili   planlaşdırılıb. 

Tədbirdə Tatarıstan Respublikasının bir sıra  bələdiyyəsi təşkialta üzv kimi qəbul edilib. Yekunda birliyin növbəti altıaylıq iş planı ciddi fikir mübadiləsindən sonra öz təsdiqini tapıb.

Qeyd edək ki, sentyabrın 9-da Türk Dünyası Bələdiyyələr Birliyinln Baş Assambleyasının keçirilməsi qərara alınıb. 

Belediyye.info

ŞƏRHLƏR