Türk Dünyası Bələdiyyələr Birliyi ilə (TDBB) Rusiya Federasiyası şəhərlər Assosiasiyası arasında "əməkdaşlıq Protokolu" imzalanıb. Bu barədə məlumat TDBB daxil olub.
Türk Dünyası Bələdiyyələr Birliyi ilə (TDBB) Rusiya Federasiyası şəhərlər ittifaqı arasında "əməkdaşlıq Protokolu" imzalanıb. TDBB Ümumi Mərkəzində keçirilən mərasimdə TDBB sədri, Kocaeli Böyükşəhər Bələdiyyə sədri ibrahim Karaosmanoğlu ilə Rusiya Federasiyası şəhərlər ittifaqının sədri iqnatyeva Aleksandra Vitalyevna tərəfindən protokola imza atılıb.
Mərasimə Türkiyə və Rusiyadan bir çox bələdiyyə sədri qatılıb.
əlaqələrin qurulmasında məqsəd iki ölkə bələdiyyələri və yerli hakimiyyət orqanları arasında birgə layihələrin həyata keçirilməsinə nail olmaqdır.
Karaosmanoğlu çıxışında bildirb ki, Türkiyənin yaxın dostu olan Rusiya Federasiyası ilə aparacağımız əməkdaşlığın uzun perspektivdə iki ölkənin dostluğunu və maraqlarını möhkəmləndirəcək və iki ölkə arasında atılan imzalar çox böyük layihələrin həyat tapmasına səbəb olacaq.
A.V.iqnatyeva isə qeyd edib ki, əməkdaşlıq protokolu əməkdaşlığımızı, dostluğumuzu daha da möhkəmlənəcəyinə səbəb olacaq, eyni zamanda, iqtisadi olaraq da iki ölkənin inkişafına böyük faydalar verəcəkdir.
Belediyye.info