Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və “Anadolu” Ajansının təşkilatçılığı ilə “Yerli özünüidarəetmə orqanlarının media ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə” həsr olunan təlim proqramına start verilib.
TiKA-nın da dəstək verdiyi təlimdə birliyə üzv olan ölkələrdən-Azərbaycan, Qırğızıstan, Monqolustan, Quzey Kıprıs, Bosniya-Hersoqovina, Monteneqro, Somalı, Kosova və Makedoniyanın bələdiyyə sistemində çalışan media təmsilçilərinin nümayəndələri iştirak edir.
Tədbiri giriş sözüylə açan Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Dr. Fahri SOLAK birliyin fəaliyyətindən və bu tipli təlimlərin türk dövlətləri bələdiyyələrinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin işinə müsbət təsir edəcəyini vurğulayıb. Birlik rəsmisi təşkilatın əsas vəzifələrindən birinin məhz maarifləndirmə və təcrübə mübadiləsinin olduğunu qeyd edib.
Sonra təlimdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin çıxışları olub.
Açılış tədbirində “Anadolu” ajansının təmsilçsi Saleh Zəki Sarıdanışmet çıxış edərək təmsil etdiyi media qurumunun zəngin tarixə sahib olduğunu və daim türk dövlətləriylə əlaqələrinin inkişafına çalışdıqlarını dilə gətirib.
Təlim proqramında media ilə əlaqəli bir sıra mövzuların müzakirə ediləcəyi və təlim iştirakçılarını maraqlandıran sualların cavablandıralacağı bildirilir.
Təlimlərə 30 aprel tarixində yekun vurulacaq.
Qeyd edək ki , təlimlərdə Azərbaycanı “Bələdiyyə həyatı” qəzeti, Nəsimi və Badamdar bələdiyyələrinin nümayəndələri təmsil edir.
Belediyye.info
|
|
|
|
|
|