"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında protokol imzalanıb

--2018-01-18 / 10:30

Türk Dünyası Bələdiyyələr Birliyinin Kocalı şəhərində idarə Heyətinin 2018-ci il üçün ilk yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəsmiləri də iştirak edib. Bu barədə məlumatı Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov bildirib.

Məlumatda qeyd edilir ki, yığıncağın gündəliyində ilk məsələ TDBB ilə AşBMA arasında əməkdaşlıq haqqında Protokolun imzalanması məsələsi olub.

Birliyin prezıdentı və Kocaelı Böyükşəhər bələdiyyəsinin sədri ibrahim Karaosmanoğlu, baş kaitbi Fəxri Solak çıxış edərək təmsil etdikləri təşkilatın Azərbaycanda yerli özünüidarəetmə orqanları ilə daha geniş və qarşılıqlı əməkdaşlıq etmək arzusunda olduqlarını bildirdilər. Qeyd olunub ki, Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətlər, aparılan demokratik-hüquqi islahatlar yaranmış əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır.

Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev son vaxtlar ölkəmizdə yerli özünüidarəetmə sahəsində dövlət qayğısı və həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verərək imzalanacaq Protokolun əhəmiyyətindən danışdı. Sonra hər iki təşkilatın rəhbərləri tərəfindən protokollar imzalandı. Yığıncaqda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən 2018-ci ilin “Cumhuriyyət ili” qeyd olunması barədə Sərəncam imzalanmışdır. Bildirildi ki, şərqdə ilk dəfə olaraq Cumhuriyyətin Azərbaycanda yaradılması, mövcud olduğu 23 ay ərzində aparılan demokratik islahatlar və müasir Azərbaycanın bugünki inkişafı barədə TDBB-yə üzv ölkələrin yerli qurumları və ərazilərində olan vətəndaşların geniş şəkildə maarifləndirilməsilə bağlı bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.

TDBB-nin Bosniya Hersoqovina dövlətindən olan nümayəndəsi və Sarayev şəhərinin Noviqrad rayonunun meri Semir Efendich Azərbaycanın bir sıra dövlət orqanlarının və Heydər əliyev Fondunun xətti ilə təmsil etdikləri dövlətdə və rəhbərlik etdiyi bələdiyyənin ərazisində həyata keçirilən layihələr barədə danışaraq Azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsində iştirak etmək arzularını bildirdilər. Yığıncaqda iştirak edən və TDBB-ni təmsil edən bələdiyyə rəhbərləri də öz çıxışlarında ərazilərində bu il Azərbaycanda Cumhuriyyətin yaranmasının 100 illiyinə həsr olunacaq tədbirlərin reallaşacağı barədə məlumat verdilər.

Qeyd edək ki, yığıncaqda gündəlikdə nəzərdə tutulan digər məsələlərə də baxılib. Sonda Türk Dünyası Bələdiyyələr Birliyinin yaydığı məlumata görə, bu gün Türk Dünyası Bələdiyyələr Birliyi ilə (TDBB) ilə Azərbaycan şəhər Bələdiyələr Birliyi arasında işbirliyi Protokolü imzalanıb.

əməkdaşlıq protokolunu Türk Dünyası Bələdiyyələr Birliyinin Prezidenti, Kocaeli Böyükşəhər  Bələdiyyəsinin sədri ibrahim Karaosmanoğlu  və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev imzalayıb.

Belediyye.info

 http://belediyye.info/new/details/ibrahim-karaosmanoglu:-azeri-qardaslarimizin-acisi-acimiz,-sevinci-sevincimizdir--3607.htm

ŞƏRHLƏR