"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyinin Baş Məclisinin IV toplantısı keçirilir

--2015-09-10 / 10:14

 Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Baş Məclisinin IV toplantısı istanbul şəhərində sentyabr ayının 9-da keçirilib. Bu barədə Belediyye.info saytına məlumatı təşkilatın sədr müavini, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə verib. Tədbirdə birliyin illik hesabatı dinlənilərək ötən illərdən fərqli olaraq Birliyə üzv ölkələrlə qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişlənməsi məsələsi xüsusi olaraq vurğunlanıb.

Tədbirdə çıxış edən M.Səlimzadə ötən il Azərbaycanın səmərəli əməkdaşlıq etdiyi Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü və dəstəyi ilə istanbulda “Türk dünyası” kitabının nəşr edilməsini xüsusi olaraq qeyd edib. Birliyin sədr müavini bildirib ki, kitabda türk dünyasının 2000 ildən artıq dövr ərzində mövcud olmuş 12 dahi şəxsiyyəti, o cümlədən ümummilli liderimiz Heydər əliyevin həyat və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verilib. Birlik ilə sıx əməkdaşlıq ötən ildə səmərəli davam etdirilib. Hər il olduğu kimi istanbul şəhərində bələdiyyə üzvləri və qulluqçuları üçün seminarlar keçirilərək, təcrübə mübadiləsi aparılıb. Ötən illərdən fərqli olaraq Türkiyənin yerli özünüidarə sahəsindəki təcrübəsini öyrənmək məqsədilə Azərbaycandan gənc bələdiyyə nümayəndələri tədbirlərə cəlb ediliblər. Eyni zamanda, 2014-cü ildə Birliyin nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı nümayəndələr ədliyyə Nazirliyində, Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli assosiasiyalarında və bələdiyyələrdə müxtəlif görüşlər keçirmişlər.

Qeyd edək ki, baş məclis öz işini sentyabrın 12 -də yekunlaşdıracaqdır.

Tədbirdə geniş tərkibdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Xatırladaq ki, birliyin 25 ölkədən 500 -dən artıq üzvü vardır. 

Belediyye.info

ŞƏRHLƏR