Türk Dünyası Bələdiyyələr Birliyinın (TDBB) idarə Heyətinin iclası 4 fərqli ölkənin yerli rəhbərlərinin iştirakı ilə Ümraniye Bələdiyyəsinin ev sahibliyi ilə istanbulda keçirilib. Bu barədə məlumatı TDBB yayıb.
TDBB Sədri, Kocaeli Böyükşəhər Bələdiyyə Başqanı ibrahim Karaosmanoğlunun başçılıq etdiyi toplantıya, TDBB Baş Katibi Fəxri Solak, TDBB idarə heyətinin üzvləri Ümraniye bələdiyyə sədri Həsən Can, Beykoz bələdiyyə sədri Ucal Çelikbilek, Zeytunburnu bələdiyyə sədri Murad Aydın, Monqolustan Nalaikh bələdiyyə sədri Khaan Sharavkhaan, Qırğızıstan Issık-Göl Dövlət idarəsi başqanı Danır Imanaliev, şimali Kipr Güzelyurt bələdiyyə başqanı Mahmud Özçınar, Bolu bələdiyyə sədri ələddin Yılmaz, Biləcik bələdiyyə sədri Səlim Yaltaq, Bağa Baxanlar bələdiyyə sədri Tikən Çağırıcı, Kartepe bələdiyyə sədri Hüseyn Üzülməz, şahinbey bələdiyyə sədri Məmməd Tahmazoğlu və TDBB Nəzarət Təftiş komissiyasının Safranbolu bələdiyyə sədri Necdət Aksoy ilə Aldada bələdiyyə başqanı Ünal Mənşə iştirak edib.
iclas ərəfəsində TDBB sədri ibrahim Karaosmanoğlu və Qırğızıstan Issık-Göl Rayonu Dövlət Administrasiyasının sədri Danır Imanaliev arasında Qırğızıstanın Issık-Göl Vilayətində məscid inşasına dair protokol imzalanıb. Birlik Sədri Karaosmanoğlu, "Qırğızıstanda Issık Gölə özüm şəxsən gedib gördüm ki, bu rayonda məscidə ehtiyac vardı. Bizdən bu məsələdə istəkləri olub. Prezidentimiz də bu vəzifəni birliyimizə verib. TDBB olaraq ən qısa zamanda Issık Göl Bölgəsinin məscid tələbatını ödəyəcəyik. Layihəsini qurtardıq, indi protokolunu imzaladıq. ən qısa müddətdə də tamamlayıb açılışını etmək istəyirik" dedi. Qırğızıstan Issık-Göl Dövlət Administrasiyasının Sədri Danır Imanaliev də, "TDBB-yə bu dəstəyi üçün təşəkkür edirəm. Bu məscid Qırğızıstanın ən gözəl və ən görməli yerində keçiriləcək və Dünya Köçəri Oyunlarının keçirildiyi yerdə olduğu üçün bir çox turist bu məscidi görəcək. TDBB Qırğızıstanda şəhərlərimizin gözəlləşməsində böyük rol oynayır. Mən TDBB və Üzvlərinə xidmətləri üçün təşəkkür edirəm" ifadələrini istifadə etdi.
Tədbirdə iştirak edən bələdiyyə sədrləri, Hollandiyanın və bəzi Avropa ölkələrinin Türkiyəyə və Türk nazirlərə qarşı maneə törədici davranışının qəbuledilməz olduğunu vurğulayaraq, xüsusilə Rotterdam bələdiyyəsinin hadisələr qarşısındakı andı demokratik mövqeyi pislənilib. Dinc bir şəkildə demokratik hüquqlarından istifadə edən, içərisində Hollandiya vətəndaşlarının da olduğu insanların üstlərinə atlarla, itlərlə hücum edilməsi, nisbətsiz bir qərarla fövqəladə hal elan edilərək demokratik hüquqların təxirə alınması və təhlükəsizlik qüvvələrinə silah istifadə etmə səlahiyyəti verildiyi etirafının, Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının ruhuna uyğun olmadığı qeyd edilidi.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi keçilərək, 28 Dekabr 2016 idarə Heyəti toplantısından bu yana həyata keçirilən fəaliyyətlər qiymətləndirilərkən, qarşıdakı aylarda həyata keçirilməsi planlaşdırılan işlər qərara alındı. Bu çərçivədə, TDBB qardaş şəhər veb portalı yaradılmasına, Moldova Gagauz Muxtar Yerində keçirilməsi planlaşdırılan "Asfalt Zavodu Layihəsinin TDBB və istanbul Böyükşəhər bələdiyyəsi iştirakı iSFALT A.ş-nın əməkdaşlığında həyata keçirilməsinə, Qaqauz Muxtar yeri Komrat şəhərində keçirilməsi planlaşdırılan "Komrat Məlumat və Sənət Evi Layihəsinə, Birliyimiz və Birlik üzvlərimiz tərəfindən dəstək verilməsinə, 05-06 May 2017-ci il tarixlərində, Komratta keçiriləcək" IV. Dünya Qaqauz Konqresinə iştirak etməsinə, Rusiya şəhərlər ittifaqı və birlik arasında əməkdaşlıq işlərinin başlanılmasına, 19-24 Mart 2017-ci il tarixləri arasında, istanbul və Antalyada Albaniya bələdiyyə sədrlərinə təcrübə mübadiləsi proqramı təşkil olunmasına, 23-26 Mart 2017-ci il tarixləri arasında Antalyada keçiriləcək. "7. Antalya Beynəlxalq şəhərsalma və Texnologiyaları Sərgisi və Yerli Hakimiyyətlər simpoziumunda birlik tərəfindən iştirakçı dəstəyi təmin olunmasına o cümlədən digər layihələrin icrasılna qərar verildi.
2017-ci ilin iyulunda TDBB idarə Heyətinin iclasının, Bolu bələdiyyəsi ev sahibliyində keçirilməsi qərara alınıb.
iclasda həmçinin, Aydamun şekhlar (Livan), Zuunkharaa (Monqolustan), Tunkhel (Monqolustan), Albaniya Bələdiyyələr Birliyi, Tutun (Serbiya), Qəmə (Albaniya) Bələdiyyələrinin TDBB- üzvlük xahişləri qəbul edildi.
Belediyye.info