"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyinin prezidentini tanıyaq

--2016-05-18 / 13:20

ibrahim Qaraosmanoğlu Türk Dünyası Bələdiyyələr Birliyinin Prezidenti, Türkiyənin Kocaeli Bələdiyyə Başqanıdır.

1952- ci ildə izmit şəhəri, Yuvacıkda anadan olub.

1977-ci ildə Marmara Universitetini bitirib. 1978-1989- cu ilərdə Kırıkkale Peşə litseyi, izmit Sənaye litseyi və izmit şəhərində məktəb müəllim və direktor vəzifəsində çalışıb.

1989-1999-cu illərdə Yuvacıq Bələdiyyə Başqanı vəzifəsinə seçilib. Sonradan Ankara şəhərində Baş Nazirin Məsləhətçisi olub.

Sonrakı illərdə Qırğızıstanda “Mahmud Qaşqarı” adına Universitetin Fəxri Professoru, Qazaxıstan Respublikasının Qaynar Universitetinin “Fəxri doktoru” seçilib.

Bir neçə dəfə “ilin Bələdiyyə Başçısı” adına layiq bilinib. Macarıstan Dövlət Ordeninə layiq görülüb.

10 mart 2012- ci ildə Türk Dünyası Bələdiyyələri Birliyini Ali Məclsinidə Birliyin Prezidenti seçilib.

Ailəlidir, beş övlad atasıdır.

ŞƏRHLƏR