Bosniya-Hersoqovinanın paytaxtı Sarajevo şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Zirvə toplantısı baş tutub. Zirvə toplantısına TDBB-nə üzv olan 15 ölkədən-Türkiyə, Azərbaycan, Qırğızıstan, şimali Kipr, Makedoniya, Serbiya, Çernoqoriya, Macarıstan, Bosniya-Herseqovina, Albaniya və Kosovodan olan 150 bələdiyyə başçısı iştirak edib.
Zirvə toplantısında həmçinin Türkiyənin bu ölkədəki səfiri, Yunus imrə Mərkəzinin və TiKA-nın rəsmiləri də iştirak edirdi.
Bosniya - Hersoqovinanın vitse-prezidenti Melika Mahmutbegović və bu ölkənin 15 bələdiyyə baçısıda tədbirə qatılanalr arasında idi.
Qeyd edək ki, Sarayevo artıq iki ildir ki, TDBB ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsində ölkənin təmsilçisi ötən ilin sentyabrında Samir əfəndi həmsədr və idarə heyətinə üzv seçilib.
Bu dəfəki zirvə toplantısını da məhz Samir əfəndi aparıb. Çıxışında S.əfəndi bu məqamlara toxunub:
"Bu, yəqin ki, son on ildə keçirilən yerli hakimiyyət orqanlarının ən böyük görüşüdür. Bu gün kü tədbirə Balkanlardan və Asiya ölkəsindən yüz bələdiyyə başçısı var. Bu gün TDBB-nin 1200 üzvü vardır.
Bu tədbir həmdə TDBB-nin şəhərlər Birliyinin fəaliyyətini təqdim etmək imkanı yaradır. Bu bələdiyyələr arasında əməkdaşlıq üçün bir fürsətdir ki, ikitərəfli görüşlər keçiriləcək Bosniya-Herseqovina bələdiyyələrinin TDBB-ilə qardaşlıq əlaqələrin yaradılması, həyata keçirilən layihələr dəyəri on milyonlarla ölçülür. Biz bu əməkdaşlığı uğurla davam etdirmək niyyətindəyik."
TDBB-nin prezidenti ibrahim Karaosmanoğlu o bugünkü sammitin ikitərəfli görüşlər üçün məhsuldar olacağına, keyfiyyətli nəticələr əldə olunacağına və yeni tərəfdaşlar əldə ediləcəyinə inandığını söylədi: "Biz bələdiyyə birliyi kimi bu görüşlə yerli hökumət sahəsində təcrübə mübadiləsi planlaşdırırıq. Bu görüş əməkdaşlıq üçün yaxşı fürsət verir və biz qardaş olaraq bu vəzifənin öhdəsindən layiqincə gələcəyik.
i.Karaosmanoğlu: “Dünya sürətlə qloballaşır, dəyişir. Diqqət çəkən odur ki, yerli icmalar tədricən dəyişir. Bu dəyişikliyi sürətləndirmək üçün sərfəli şərtlərlə investisiya qoyuşuluna ehtiyac vardır.
Həmçinin, o köhnə şəhərlərin yenidən qurulması çox əhəmiyyətlidir.”
Azərbaycan nümyəndə heyətinin rəhbəri, TDBB həmsədri Mehdi Səlimzadə belə bir zirvə tolantəsəndan məmnunıuğunu ifə edərək türk dünyası bələdiyyələri üçün böyük önəm daşıdığını vurğulayıb: “Biz iştirakımızla bütün türk dövlətlərilyə həmrəy oldğumuzu bildiririk.”
TDBB-nın Baş katibi Fahri Solak Bosniya-Hersoqovina ilə Türkiyə bələdiyyə nümayəndələrinin üç günlük görüşləri ikitərəfli əməkdaşlğıa təkan verəcəyini bildirib. Baş kaitibin sözlərinə görə, TDBB 2003-cü ildə təsis edilib və 1100-dən çox bələdiyyə 28 üzv ölkə ilə işləyir. Bosniya-Hersoqovina birliyin ən fəal üzvlərindəndir.
Sonra çıxış edən natiqlər Bosniya-Herseqovinadakı Osmanlı dövründə inşa edilən qədim daş körpünün yenidən qurulması layihəsini təqdim ediblər.
Baş katibin sözlərinə görə, bir sıra türk bələdiyyələrin bu ölkəyə sərmayə qoyuluşunun artırması əməkdaşlığın yüksələn templə getməsindən xəbər verir.
Zirvə toplantısı bir sıra mühüm qərarların qəbulu ilə başa çatıb.
Belediyye.info