"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyinn Sarayevoda idarə heyətinin iclası keçirilib

--2016-05-29 / 09:46

Türk Dünyası Bələdiyyələr Birliyinin yaydığı məlumata görə,  (TDBB) Bosniya - Hersoqovinanın paytaxtı Sarayevo şəhəri  Novi Qrad Bələdiyyəsinin inzibati biasında  idarə heyətinin yığıncağı keçirilib.

Tədbirdə təşkilatın prezidenti ibrahim Qaraosmanoğlu, baş katibi Fəxri Solak və idarə heyətinin digər üzvləri iştirak edib.

Qeyd edək ki, Azərbaycanı təşkilatın idarə heyətində həmsədr olaraq ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə təmsil edir.

Yığıncaqda təşkilatın 30 may arxində keçiriləcək zirvə toplantısının son hazırlıqları, görüləcək işlər müzakirə olunub.

Tədbirdə söz alan TDBB həmsədri Mehdi Səlimzadə 28 may tarixinin "Respublika" günü olaraq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək,  tədbirlə bağlı öz təklif və tövsiyyələrini verib.

 Belediyye.info

ŞƏRHLƏR