"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk dünyasının bələdiyyələri Bosniya - Herseqovinaya toplaşırlar

--2016-05-24 / 20:50

30 May 2016-cı il  tarixində  Türk Dünyası Bələdiyyələr Birliyinə (TDBB) üzv ölkələrin bələdiyyə sədrlərinin iştirakı ilə "Avrasiya Yerli Rəhbərlərin Zirvə Toplantısı" Bosniya-Hersoqovina da keçiriləcəkdir. Zirvə toplantısına TDBB-ə 10 dan artıq ölkədən 200-ə qədər bələdiyyə sədri, Bosniya- Herseqovinanın Baş naziri və Xarici işlər Nazirinin da aralarında yer aldığı yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulub. Bu barədə məlumat Türk Dünyası Bələdiyyələr Birliyindən daxil olub.

27-30-ci il 2016-cı il may tarixlərində keçiriləcək TDBB Bosniya-Herseqovina proqramı çərçivəsində tədbir iştirakçıları "Ayvaz Dədə şənlikləri "ndə iştirak ediləcək, bu ölkənin tarixi və turist şəhərlərinə, o cümlədən bu ölkədən TDBB-nə üzv olan bələdiyyələrə səfər ediləcəkdir. Proqramın yekununda TDBB-nın idarə Heyətinin toplantısı keçiriləcəkdir.

Zirvə toplantısının Bosniya-Herseqovina təşkilində əsas məqsəd müxtəlif region və ölkələrdən  olan bələdiyyə sədrlərinin bir araya gələrək bilik və təcrübə mübadiləsinə nail olmaq, habelə fərqli mədəniyyət nümunələriylə tanış olmaq, habelə  müştərək tarixi və mədəni irsin öyərnilməsidir.

Məhz bu məqsədlə Türk Dünyası Bələdiyyələr Birliyi idarə Heyətinin iclaslarını 3 ayda bir fərqli  ölkə və ya şəhərdə təşkil edir.

Qeyd edək ki, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) 2003-ci ildə Türkiyə Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış Beynəlxalq bir təşkilatdır. Türk Dünyası Bələdiyyələr Birliyinin Monqolustandan Qaradağa uzanan geniş bir coğrafiyada yer alan 28 ayrı-ayrı ölkədən 1120 bələdiyyə orqanı təmsil olunur.

Balkanlar bölgəsi  TDBB-nın  ən sıx işlədiyi regionlardan biridir. TDBB -nın 8 Balkan ölkəsindən ümumilikdə 70 Bələdiyyə üzvü var.

 9 Sentyabr 2015 Tarixində istanbulda keçirilən 4-ci Növbəti Ümumi Yığıncağında alınan qərarla birlikdə TDBB idarə Heyətində 11 fərqli ölkədən (Türkiyə, Azərbaycan, Bolqarıstan, Bosniya-Herseqovina, Qazaxıstan, Qırğızıstan, şimali Kipr Türk Cümhuriyyəti, (şimali Kipr) Makedoniya, Monqolustan, Moldova və Tatarıstan) idarə heyətinin üzvü var.

Birlik sədri hazırda Kocaeli Böyükşəhər Bələdiyyə sədri ibrahim Karaosmanoğludur.

Birliyin mərkəzi ofisi istanbulda yerləşir.

Belediyye.info

ŞƏRHLƏR